Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb 

Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb 

İQTİSADİYYAT

97

29.05.2026, 12:40

"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 60 %-nə nəzarət edən Elmar Məmmədov payını satıb.

Oxu24.com  xəbər verir ki, onun payını digər təsisçilər-Kazım Hüseynov və Səbuhi Əzizov alıblar.

Bununla da, onların hər birinin BOKT-dakı payı 20 %-dən 50 %-ə yüksəlib.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır.