Azərbaycanda ən gəlirli işlər — Artıq bu peşələr qazandırır
13 May 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
149
13.05.2026, 23:00
2026-cı ilin ilk dörd ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.
Oxu24.com xəbər verir ki, rezident fiziki şəxslərin əmanətlərində dollarla saxlanılan vəsaitlərin payı mart ayında 2,1 faiz bəndi azalaraq 28 faizə enib.
İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, əhali son illərdə müşahidə olunan iqtisadi-maliyyə sabitliyi və neft qiymətlərinin yüksək olması fonunda manatın dəyərdən düşəcəyinə inanmır.
"Bu baxımdan manat depozitləri daha əlverişli şərtlər təqdim etdiyinə görə insanlar tədricən dollar depozitlərindən manat depozitlərinə keçirlər. Birinci məqam manata olan etibarın əhəmiyyətli dərəcədə artmasıdır və yaxın dövrdə manat üçün ciddi risklər görünmür. İkinci məqam isə iqtisadi aktivliklə bağlıdır", - deyə o qeyd edib.
Xalid Kərimlinin sözlərinə görə, idxalın azalması da xarici valyutaya tələbin aşağı düşməsinə səbəb olub. Belə ki, 2026-cı ilin birinci rübündə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azalıb.
Qeyd edək ki, hərraclarda valyuta satışı ilə bağlı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertə təsir etməyib. Fonddan dövlət büdcəsinə proqnozlaşdırılan həcmdə - 4 milyard 280 milyon manat transfert həyata keçirilib.
Bu dövrdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatları 10,2 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
20:19 / 13 May 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.