Azərbaycanda pensiya sistemi tam dəyişə bilər — AÇIQLAMA
31 Mart 2026, 19:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
549
10.03.2026, 14:11
Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir. Bəs neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?
Oxu24.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.
Deputat xatırladıb ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub.
“Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlərlə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir. Bununla belə, “Statistika”nın hesablamarına görə, bu ilin yanvar ayında “Brent” markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib”, - o qeyd edib.
V. Bayramov bildirib ki, yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərini artıracaq: “2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transfertləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq.
Aydındır ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatı da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir”.
Həmçinin oxuyun
Qeyd edək ki, hazırda dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 103,03 ABŞ dollarına təklif olunur. Bu isə 2022-ci ildən (100,68 dollar) sonra qeydə alınan ilk yüksək göstəricidir. Həmin dövrə qədər isə Azərbaycan neftinin qiyməti 2014-cü ildə bir barel üçün 100 dollardan çox olub.
Ümumilikdə isə “Azeri Light”ın bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.