Rusiya Avropa ilə neft və qaz tədarükü üzrə əməkdaşlığa HAZIRDIR
09 Mart 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
125
09.03.2026, 12:46
Yaxın Şərq regionunda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davamlı xarakter alması halında yaxın mərhələdə qızılın 1 unsiyasının qiyməti 5 500 ABŞ dollarını keçə bilər.
Oxu24.com xəbər verir ki,Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə geosiyasi gərginliyin artması qlobal maliyyə və əmtəə bazarlarında risk amilini daha da gücləndirib: "ABŞ-İsrail-İran xətti üzrə qarşıdurmanın dərinləşməsi neft bazarında təchizatla bağlı narahatlığı artırıb, qiymətli metallar seqmentində isə, xüsusilə qızıl və gümüş üzrə yüksək dəyişkənlik formalaşdırıb. Mövcud vəziyyət investor davranışında ehtiyatlılığın artdığını və kapitalın riskli aktivlərdən daha etibarlı alətlərə yönəldiyini göstərir. Qlobal bazarlarda müşahidə olunur ki, geosiyasi böhranlara reaksiya çox vaxt siyasi bəyanatlardan daha tez verilir. Bu baxımdan Yaxın Şərqdə hərbi eskalasiyanın genişlənməsi yalnız regional təhlükəsizlik məsələsi deyil, həm də dünya iqtisadiyyatına təsir edən ciddi risk amildir. Regionda qarşılıqlı hərbi addımların davam etməsi bazarlarda müdafiə mövqeyini gücləndirib. Nəticədə riskli aktivlərdən çıxış meyli artıb, dollar, neft və qızıl kimi nisbətən dayanıqlı hesab olunan alətlərə maraq yüksəlib".
R.Əmircanov qeyd edib ki, geosiyasi gərginliyin ən həssas təsiri enerji bazarında müşahidə olunur: "Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması qlobal neft təchizatının dayanıqlılığı ilə bağlı narahatlığı gücləndirib. Məlum olduğu kimi, dünya neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir. Bu səbəbdən bölgədə təhlükəsizliklə bağlı risklərin yüksəlməsi neft qiymətlərinə birbaşa təsir göstərir və bazarda bahalaşma meylini gücləndirir. Son dövrdə qeydə alınan artım son illərin ən ciddi yüksəliş meyillərindən biri kimi qiymətləndirilə bilər".
Həmçinin oxuyun
O əlavə edib ki, neft qiymətlərinin artması yalnız enerji sektoru ilə məhdudlaşmır: "Bu proses inflyasiya risklərini gücləndirir, istehsal və logistika xərclərini artırır, ümumilikdə iqtisadi gözləntilərə təsir göstərir. Belə şəraitdə investorlar təkcə geosiyasi qeyri-müəyyənlikdən deyil, həm də pulun alıcılıq qabiliyyətinin azalması riskindən qorunmağa çalışırlar. Məhz bu səbəbdən qiymətli metallar bazarı, xüsusilə qızıl yenidən diqqət mərkəzinə çıxır. Hazırda qızılın 1 unsiyasının beynəlxalq bazarda 5 000 ABŞ dollarından yuxarı səviyyədə ticarət olunması riskdən yayınma meylinin gücləndiyini göstərir. Qızıl ənənəvi olaraq qeyri-müəyyənlik və böhran dövrlərində qoruyucu aktiv kimi qəbul olunur. Amma mövcud qiymət dinamikası yalnız geosiyasi amillərlə izah edilə bilməz. Dolların möhkəmlənməsi, faiz dərəcələri ilə bağlı gözləntilər və qlobal inflyasiya təzyiqləri də qızılın qiymətinə təsir göstərən əsas amillər sırasındadır. Bu səbəbdən qızıl bazarında yüksəlişlə yanaşı, qısamüddətli geriçəkilmələr də müşahidə olunur. Başqa sözlə, qızıl hazırkı mərhələdə həm qoruyucu aktiv, həm də qlobal makroiqtisadi təzyiqlərə həssas göstərici kimi çıxış edir. Geosiyasi risklər onun qiymətini dəstəkləsə də, güclənən dollar və faiz siyasəti ilə bağlı gözləntilər artım tempini məhdudlaşdıra bilir. Bu isə bazarda qeyri-müəyyənliyin davam etdiyini göstərir".
Assosiasiya sədrinin müavininin fikrincə, mövcud vəziyyətə dair proqnozlar göstərir ki, regionda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davamlı xarakter alması halında qızılın qiymətində əlavə artım ehtimalı yüksək olaraq qalır: "Mövcud tendensiya əsasında yaxın mərhələdə qızılın 1 unsiyasının 5 500 ABŞ dollarını keçməsi də istisna edilmir. Bununla yanaşı, bazarda yüksək volatilliyin davam edəcəyi, qısamüddətli korrektələrin baş verəcəyi də nəzərə alınmalıdır".
R.Əmircanov bildirib ki, nəticə etibarilə, Yaxın Şərqdə artan geosiyasi gərginlik qlobal bazarlarda risk qavrayışını ciddi şəkildə yüksəldib: "Bu şəraitdə neft bazarında təchizat riskləri artıb, qiymətli metallar bazarında isə qoruyucu aktivlərə tələbat güclənib. Xüsusilə qızılın qiymətində müşahidə olunan artım beynəlxalq kapitalın hazırda gəlirlilikdən daha çox təhlükəsizlik və dəyərin qorunmasına üstünlük verdiyini göstərir. Əgər regionda gərginlik uzunmüddətli xarakter alarsa, qızıl və digər qoruyucu aktivlərin bazarların diqqət mərkəzində qalacağı gözləniləndir".
21:46 / 09 Mart 2026
1
21:44 / 09 Mart 2026
16
21:35 / 09 Mart 2026
18
21:26 / 09 Mart 2026
26
21:19 / 09 Mart 2026
21
21:14 / 09 Mart 2026
29
21:04 / 09 Mart 2026
88
20:52 / 09 Mart 2026
47
20:51 / 09 Mart 2026
591
20:40 / 09 Mart 2026
38
20:34 / 09 Mart 2026
43
20:27 / 09 Mart 2026
107
20:25 / 09 Mart 2026
57
20:21 / 09 Mart 2026
171
20:17 / 09 Mart 2026
66
20:08 / 09 Mart 2026
77
19:51 / 09 Mart 2026
211
19:49 / 09 Mart 2026
250
19:47 / 09 Mart 2026
67
19:42 / 09 Mart 2026
100
19:38 / 09 Mart 2026
77
19:31 / 09 Mart 2026
1284
19:29 / 09 Mart 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.