Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ!
02 Mart 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1225
02.03.2026, 19:30
Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.
Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb.
R.Həsənov: “Exchange” açmaq üçün 50 min manat vəsaitin tələb olunması sahibkarların işə marağını azaldır
“2006-cı ildə sığorta stajı mexanizminin yaradılması ilə bağlı qanunvericiliyin əsasları müəyyən edilərkən “Əmək pensiyaları haqqında” qanunda SSRİ dövründə çalışmış Azərbaycan vətəndaşlarının iş illəri üçün xüsusi yanaşma tətbiq olunub.
Həmçinin oxuyun
Həmin dövrdə işlənilən hər il üçün vətəndaşların pensiya kapitalına 307 manat sığorta məbləği əlavə edilib. Bu məbləğ iş stajının illərinə vurularaq 2006-cı ildə fərdi hesabda pensiya kapitalı kimi qeydə alınıb.
Misal üçün, əgər vətəndaşın Sovet dövründə 25 il iş stajı olubsa, bu illər 307 manata vurularaq 7 675 manat həcmində vəsait onun pensiya kapitalına əlavə edilib. Sonrakı illərdə isə həmin məbləğ inflyasiya nəzərə alınmaqla mütəmadi indeksləşdirilib”, — deyə Rəşad Həsənov bildirib.
Ekspert vurğulayıb ki, mövcud sistemdə Sovet dövründə işləyən şəxslərin əmək fəaliyyəti tamamilə nəzərə alınmamış sayılmır.
“Bununla belə, 307 manatlıq baza məbləğinin nə dərəcədə ədalətli olması ayrıca müzakirə mövzusu kimi qalır. Hazırkı qanunvericilik bu məsələni müəyyən çərçivədə tənzimləyir”.
22:59 / 02 Mart 2026
2
22:48 / 02 Mart 2026
33
22:38 / 02 Mart 2026
34
22:19 / 02 Mart 2026
37
22:06 / 02 Mart 2026
38
21:42 / 02 Mart 2026
57
21:32 / 02 Mart 2026
57
21:19 / 02 Mart 2026
706
21:12 / 02 Mart 2026
890
21:09 / 02 Mart 2026
73
20:54 / 02 Mart 2026
91
20:40 / 02 Mart 2026
63
20:38 / 02 Mart 2026
261
20:33 / 02 Mart 2026
96
20:17 / 02 Mart 2026
1498
20:11 / 02 Mart 2026
183
19:53 / 02 Mart 2026
86
19:43 / 02 Mart 2026
267
19:21 / 02 Mart 2026
101
19:09 / 02 Mart 2026
141
18:59 / 02 Mart 2026
110
18:50 / 02 Mart 2026
148
18:39 / 02 Mart 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.