SON DƏQİQƏ! Azərbaycan nefti rekord səviyyədə BAHALAŞDI
28 Mart 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
493
11.02.2026, 15:56
Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub. Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə məlumat verərək öz suallarını ünvanlayıblar.
Görüşdə Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, İdarə Heyətinin üzvü, Baş Komplayens İnzibatçısı Kamal Abdullayev, eləcə də Birbank Private müştəriləri iştirak ediblər.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov iştirakçılara “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı və “Onu Oxut” aksiyası ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu il ilk dəfə olaraq tələbələrə təqaüd aldıqları müddət ərzində donorlar tərəfindən mentor proqramı ilə dəstək olunacaq.
Həmçinin oxuyun
Qeyd edək ki, 2024-cü ildən etibarən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı Qırmızı Ürəklər Fondunun və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 2025-2026-cı tədris ili üzrə elan olunan proqrama 995 nəfər müraciət edib, 73 namizəd müsahibə mərhələsinə dəvət olunub və 20 tələbə qalib elan olunub. Təqaüd proqramı çərçivəsində Birbank Private müştərilərinin dəstəyi ilə 10 tələbəyə təqaüd verilir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
16:31 / 28 Mart 2026
17
16:26 / 28 Mart 2026
25
16:14 / 28 Mart 2026
38
15:47 / 28 Mart 2026
38
15:44 / 28 Mart 2026
43
15:39 / 28 Mart 2026
141
15:32 / 28 Mart 2026
34
15:27 / 28 Mart 2026
59
15:03 / 28 Mart 2026
611
15:01 / 28 Mart 2026
51
14:38 / 28 Mart 2026
128
14:33 / 28 Mart 2026
49
14:30 / 28 Mart 2026
46
14:21 / 28 Mart 2026
80
14:13 / 28 Mart 2026
314
14:06 / 28 Mart 2026
101
14:02 / 28 Mart 2026
66
14:01 / 28 Mart 2026
36031
13:56 / 28 Mart 2026
67
13:41 / 28 Mart 2026
412
13:24 / 28 Mart 2026
81
12:37 / 28 Mart 2026
83
12:13 / 28 Mart 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.