Qaynar xətt:

(+99450) 247 90 86

Qızıl alıb-satmaq istəyənlərə  VACİB XƏBƏR

Qızıl alıb-satmaq istəyənlərə  VACİB XƏBƏR

İQTİSADİYYAT

2173

21.01.2026, 09:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya əmtəə bazarlarında qızıl qiyməti tarixi rekordunu yeniləyərək 4800 dolları ötüb.

Oxu24.com xəbər verir ki, qızılın həm fyuçers, həm də spot qiymətləri artıb. Məlumata görə, Comex-də qızılın fevral 2026 fyuçers kontraktı sutka ərzində 96,8 dollar və ya 2,03% artaraq 1 troya unsiyası üçün 4 862,6 dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot qızılın (XAU/USD) qiyməti 102,2 dollar və ya 2,15% artaraq 4 865,6 dollar təşkil edib.

Analitiklər qeyd edirlər ki, qızıl qiymətlərində sutkalıq artım qlobal fond bazarlarında enişlərin güclənməsi, investorların riskdən yayınaraq təhlükəsiz aktivlərə yönəlməsi və monetar siyasətə dair qeyri-müəyyən gözləntilərin artması fonunda baş verib.