Rubl bahalaşdı
12 May 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
709
17.01.2026, 18:43
Əmək münasibətlərində sosial təminat anlayışının əsas sütunlarından biri olan minimum əməkhaqqı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda sosial-iqtisadi siyasətin yeni mərhələyə keçdiyini göstərir.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər minimum əməkhaqqına yanaşmanı sadəcə texniki göstərici çərçivəsindən çıxararaq, onu daha geniş iqtisadi və sosial meyarlarla bağlı kompleks anlayış kimi formalaşdırır. Əvvəllər minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi qəbul olunurdu və bu anlayış daha çox formal xarakter daşıyırdı.
Yeni dəyişiklik isə minimum əməkhaqqını ölkənin ümumi iqtisadi vəziyyəti, sosial reallıqları və əhalinin rifah səviyyəsi ilə birbaşa əlaqələndirir.
Qanuna əsasən, minimum əməkhaqqı artıq təkcə ixtisassız əməyə görə ödənilən ən aşağı məbləğ kimi yox, ölkədə iqtisadi inkişafın tələbləri, əmək məhsuldarlığı, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması kimi amillər nəzərə alınmaqla müəyyən edilən sosial normativ hesab ediləcək. Bu yanaşma minimum əməkhaqqını real yaşayış şəraiti ilə daha sıx bağlayır və onun sırf rəsmi göstərici kimi yox, sosial müdafiə aləti kimi rolunu gücləndirir.
Mövzu ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu dəyişiklik minimum əməkhaqqının müəyyən edilməsində daha çevik və rasional mexanizmin formalaşmasına imkan yaradır.
Onun fikrincə, indiyədək minimum əməkhaqqı çox zaman bazardakı real qiymət artımlarını və əhalinin gündəlik xərclərini tam əks etdirmirdi:
“Yeni yanaşma minimum əməkhaqqını makroiqtisadi göstəricilərlə əlaqələndirir. Pul vahidinin alıcılıq qabiliyyəti və yaşayış minimumu kimi faktorların nəzərə alınması o deməkdir ki, bu göstərici artıq real həyatla daha uyğun olacaq. Bu, xüsusilə aşağıgəlirli ailələr üçün vacibdir”.
Ekspert vurğulayıb ki, minimum əməkhaqqının aylıq orta əməkhaqqı və əmək məhsuldarlığı ilə uzlaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün balans yaradır:
“Əgər minimum əməkhaqqı iqtisadi artım və məhsuldarlıqdan kənar şəkildə artırılarsa, bu, biznes üçün əlavə yük yarada bilər. Amma yeni qanun bu riski nəzərə alır və artımların iqtisadi əsaslarla aparılmasını nəzərdə tutur. Bu isə uzunmüddətli perspektivdə məşğulluğun qorunmasına xidmət edir. Sosial müavinətlərin məbləğinin və məşğulluq səviyyəsinin də minimum əməkhaqqının müəyyən edilməsində nəzərə alınması sosial siyasətin daha koordinasiyalı aparılmasına imkan verəcək. Minimum əməkhaqqı ilə sosial müavinətlər arasında ciddi fərq olduqda əmək bazarında motivasiya zəifləyir. Yeni yanaşma bu balansı qorumağa kömək edəcək və insanları əmək fəaliyyətinə daha çox cəlb edəcək”.
10:12 / 12 May 2026
11
10:00 / 12 May 2026
147
09:45 / 12 May 2026
41
09:44 / 12 May 2026
30
09:35 / 12 May 2026
61
09:09 / 12 May 2026
76
08:55 / 12 May 2026
239
00:26 / 12 May 2026
1630
00:06 / 12 May 2026
395
23:58 / 11 May 2026
211
23:54 / 11 May 2026
716
23:45 / 11 May 2026
1582
23:43 / 11 May 2026
114
23:40 / 11 May 2026
110
23:32 / 11 May 2026
132
23:24 / 11 May 2026
117
23:17 / 11 May 2026
980
23:15 / 11 May 2026
384
23:14 / 11 May 2026
5207
23:11 / 11 May 2026
341
23:10 / 11 May 2026
135
23:06 / 11 May 2026
366
22:59 / 11 May 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.