Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan neft ixracı rekord həddə çatıb

2025/01/30/1738217072_neft.jpg

İQTİSADİYYAT

577

15.08.2025, 11:29

Bloomberg yazır ki, avqustun əvvəlində Rusiya neft məhsulları tədarükünü əhəmiyyətli dərəcədə artırdı və 2022-ci ildən bu yana rekord vurdu.

Oxu24.com  Agentlik Vortexa analitik firmasının məlumatlarına istinadən xəbər verir ki, avqustun ilk ongünlüyündə neft məhsullarının ixracı sutkada 2,31 milyon barelə yüksəlib.

Bu, cari ilin fevralından bəri ən yüksək göstəricidir və iyul ayı ilə müqayisədə tədarük 9% artıb.

Eyni zamanda, daha az emal tələb edən mazut tədarükü əvvəlki ayla müqayisədə 48% artaraq sutkada 882 min barelə çatıb.

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başladığı 2022-ci ilin fevralından bəri rekord ixrac həcmidir.

Eyni zamanda, Asiyaya tədarük iyul ayı ilə müqayisədə gündəlik 290 min bareldən 638 min barelə yüksəlib.

Nigar