Qaynar xətt:

(+99450) 247 90 86

Parataekvondoçumuz dünya üçüncüsü olub

Parataekvondoçumuz dünya üçüncüsü olub

İDMAN

46

21.11.2026, 16:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Oxu24.com  xəbər verir ki, idmançımız yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparıb.

Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabe, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Həlledici mərhələyə vəsiqə uğrunda meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə məğlub olub və dünya çempionatının bürünc medalına sahib çıxıb.