Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb 

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb 

KRİMİNAL

33

21.11.2026, 14:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Oxu24.com  DİN-in Mətbuat Xidmətinə istiadən xəbər verir ki, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4 000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. O, mənzildə olmadığı müddətdə pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, zərərçəkənin köhnə tanışı N. Qədirli saxlanılıb. Onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.