Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub
21 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
36
21.11.2026, 14:50
Taxılçılıq sahəsində dövlət dəstəyi mexanizmlərinin məhsuldarlıq, keyfiyyət göstəriciləri və istehsal nəticələri ilə əlaqələndirilməsi vacibdir.
Oxu24.com xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, baş məsləhətçi Musa Yusibov deyib.
Onun sözlərinə görə, taxılçılığın intensiv inkişafı, xüsusilə buğda istehsalında keyfiyyət və məhsuldarlığın yüksəldilməsi üçün dövlət dəstəyi mexanizmlərinin daha çox nəticəyönümlü olması, müasir becərmə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rayonların istehsal potensialına uyğun ixtisaslaşmasının dərinləşdirilməsi vacibdir. Bu məqsədlə məhsuldarlığı aşağı olan rayonlarda mövcud problemlərin səbəbləri araşdırılmalı, optimal becərmə üsullarını müəyyən edən texnoloji xəritələr hazırlanmalı və müvafiq tədbirlər görülməlidir.
M. Yusibov qeyd edib ki, buğda istehsalına dövlət dəstəyinin təsirinin artırılması, əkin sahələrinin səpindən məhsulun yığımına qədər bütün mərhələlərdə nəzarətin gücləndirilməsi də diqqət mərkəzində olmalıdır. Eyni zamanda, taxıl istehsalının iqtisadi səmərəliliyinin artırılması üçün istehsal, emal, saxlama və satış mərhələləri arasında əlaqələrin gücləndirilməsi, logistika və anbar infrastrukturunun təkmilləşdirilməsi zəruridir.
O bildirib ki, keyfiyyətli toxum təminatı və ilkin toxumçuluğun inkişafı da taxılçılıqda məhsuldarlığın artırılmasının əsas şərtlərindəndir. Bu istiqamətdə toxum istehsalına dövlət dəstəyi mexanizmlərinin, toxumun keyfiyyətinə və dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsi, toxum təminatının səmərəli təşkili önəmlidir.
Bundan başqa, əkinlərin su təminatının yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqinin genişləndirilməsi, torpaq münbitliyi və iqlim şəraiti əlverişli olan ərazilərdə yüksək məhsuldar taxıl sortlarının becərilməsinin təşviqi təklif olunur. İri təsərrüfatlarla yanaşı, ailə kəndli və ev təsərrüfatlarında da əkinlərin səmərəli təşkili, müasir becərmə texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi taxılçılığın inkişafına töhfə verə bilər.
14:55 / 21 Noyabr 2026
23
14:35 / 21 Noyabr 2026
156
14:28 / 21 Noyabr 2026
48
14:20 / 21 Noyabr 2026
70
14:19 / 21 Noyabr 2026
55
14:05 / 21 Noyabr 2026
76
14:00 / 21 Noyabr 2026
96
13:34 / 21 Noyabr 2026
130
12:58 / 21 Noyabr 2026
568
12:46 / 21 Noyabr 2026
1695
12:08 / 21 Noyabr 2026
214
11:54 / 21 Noyabr 2026
114
11:50 / 21 Noyabr 2026
143
11:41 / 21 Noyabr 2026
123
11:28 / 21 Noyabr 2026
1686
11:27 / 21 Noyabr 2026
169
11:24 / 21 Noyabr 2026
124
11:16 / 21 Noyabr 2026
121
11:07 / 21 Noyabr 2026
156
11:00 / 21 Noyabr 2026
1543
10:58 / 21 Noyabr 2026
145
10:33 / 21 Noyabr 2026
142
10:28 / 21 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.