Cüdoçumuz dünya çempionu oldu
21 Avqust 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
135
18.08.2026, 13:59
İnsan orqanizminin immun-patoloji cavab reaksiyalarında limfoid toxumanın reaktivliyi mühüm diaqnostik göstəricilərdən biri hesab olunur. Müxtəlif anatomik nahiyələrdə limfa düyünlərinin həcmcə böyüməsi — tibbi terminologiyada limfadenopatiya — orqanizmdə gedən patofizioloji proseslərin birbaşa təzahürüdür. Fizioloji normada limfa düyünləri parenximatoz strukturlar kimi mikrosirkulyasiya və immun nəzarət funksiyasını yerinə yetirsə də, perkorporal olaraq palpasiya ediləcək dərəcədə hipertrofiyaya uğramamalıdır. Limfoid toxumanın proferasiyası bəzən orqanizmin kəskin və ya xroniki infeksion agentlərə karşı göstərdiyi homeostatik cavab reaksiyası kimi meydana çıxır. Lakin bəzi klinik hallarda bu hal limfoproliferativ xəstəliklərin, birincili hemoblastozların və ya digər bədxassəli neoplazmaların metastatik zədələnmələrinin ilkin simptomu ola bilər. Etio-patogenetik faktorların müxtəlifliyi səbəbindən limfadenopatiyanın diferensial diaqnostikası kompleks kliniko-laborator və instrumental müayinələrin aparılmasını tələb edir. Erkən mərhələdə verifikasiya olunmuş diaqnoz patoloji prosesin proqressivləşməsinin qarşısını almaqla yanaşı, hədəf terapiyasının effektivliyini dəfələrlə artırır. Məhz bu səbəbdən bədənin hər hansı lokalizasiyasında limfoid toxuma hiperplaziyası aşkar edildikdə profil mütəxəssislər tərəfindən dərinləşdirilmiş etioloji qiymətləndirmənin aparılması zəruridir.
Mövzu ilə bağlı elmi-klinik yanaşmanı təqdim edən Pediatr-Hematoloq Dr. Mireldar Babayev Oxu24.com-a açıqlamasında bildirib ki, normada limfa düyünləri hipertrofiyaya uğramamalıdır. Onlar bütün insanlarda, bədənin müxtəlif anatomik nahiyələrində mövcuddur, lakin fizioloji halda böyüməməlidirlər. Əgər limfa düyünlərində böyümə müşahidə olunursa, bu, müxtəlif patologiyaların göstəricisidir. Buraya limfoid sistemin birincili zədələnmələri, hemoblastozlar, neoplazmatik proseslər və ya müxtəlif mənşəli infeksion patologiyalar daxildir.
O qeyd edib ki, limfadenopatiya aşkar edildikdə etioloji amilin verifikasiyası üçün vaxtitirmədən infeksionist və ya hematoloq tərəfindən konsilium aparılmalıdır.
Yuxarıda qeyd olunan klinik faktlar göstərir ki, limfa düyünlərinin böyüməsi sadə bir simptom deyil, orqanizmdə gedən dərin immunoloji və ya hematoloji dəyişikliklərin siqnalıdır. Səbəbin kəskin infeksiya, yoxsa ciddi hematoloji patologiya olduğunu yalnız ixtisaslaşmış laborator və patohistoloji muayinələr vasitəsilə müəyyən etmək mümkündür. Odur ki, limfadenopatiya halları diqqətdən kənarda qalmamalı, ləngimədən mütəxəssis müayinəsi ilə nəzarətə götürülməlidir.
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.