Cüdoçumuz dünya çempionu oldu
21 Avqust 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
176
18.08.2026, 13:15
Azərbaycan növbəti dəfə mötəbər idman yarışına ev sahibliyi etməyə hazırlanır. 2027-ci ildə bədii gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi haqqında qərar idman ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Bu mötəbər turnir ölkəmizin beynəlxalq idman arenasında olan nüfuzunu daha da möhkəmləndirəcək. Olimpiadadan sonra zərif, lakin çətinliyi ilə fərqlənən bu idman növünün en böyük yarışı məhz paytaxtımızda cərəyan edəcək. Dünyanın ən güclü gimnastlarının Bakıda mübarizə aparması həm azarkeşlər, həm də yerli idmançılar üçün böyük şans hesab olunur. Analitiklər bu turnirin ölkədə bədii gimnastikanın inkişafına növbəti güclü təkan verəcəyini vurğulayırlar.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirib ki, bədii gimnastika üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi qərarı son dərəcə sevindirici və qürurvericidir:
"Bu, nüfuzlu və böyük bir yarışdır. Olimpiada oyunlarından sonra zərif, amma bir o qədər də çətin olan bu idman növünün ən böyük yarışı hesab olunur. Burada dünyanın ən yaxşı gimnastları iştirak edirlər. Belə idmançıların performansını Bakıda, öz paytaxtımızda canlı izləmək həqiqətən də böyük bir şans və zövq olacaq. Ən azından idman ictimaiyyəti, azarkeşlər və idmansevərlər baxımından bu, çox böyük bir hadisədir”.
Ekspert qeyd edib ki, bu yarış gimnastlarımızın daha böyük heyətlə mübarizə aparması baxımından da xüsusi əhəmiyyət daşıyır:
“Gənc və yeniyetmə gimnastlarımız bədii gimnastikanın zirvəsində olan idmançıları öz gözləri ilə görmək, onların performanslarını yaxından izləmək imkanı əldə edəcəklər. Bu da gənclərə öz kumirlərini yaxından görüb onlara bənzəmək, çıxışlarını təkrar etmək üçün daha çox əmək sərf etməyə və çalışmaya əlavə həvəs verəcək”.
Kənan Məstəliyevin sözlərinə görə, bu turnir Azərbaycanda onsuz da yaxşı səviyyədə olan bədii gimnastikanın inkişafına növbəti bir təkan olacaq. Bu səbəbdən Dünya Çempionatının ölkəmizdə keçirilməsi qərarını ancaq və ancaq alqışlamaq olar.
Çimnaz Telmanqızı
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.