İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
09 Noyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
784
02.07.2026, 17:00
Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı ilə bağlı rəsmi kommunikasiya kampaniyasına start verilib və biletlər satışa çıxarılıb.
Oxu24.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.
Çempionatla bağlı rəsmi kommunikasiya kampaniyası çərçivəsində yarışın əsas vizual xətti də ictimaiyyətə təqdim olunur. Yeni vizual yanaşma Bakı-2026 cüdo üzrə dünya çempionatının ruhunu, idman enerjisini və Azərbaycanın ev sahibliyini əks etdirir.
Yarış günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər. Azərbaycan azarkeşləri dünya cüdosunun ən güclü idmançılarını canlı izləmək və milli komandamıza doğma arenada dəstək olmaq imkanı qazanacaqlar. Dünya çempionatının Bakıda keçirilməsi ölkəmizin cüdo ailəsindəki nüfuzunu və bu idman növünə verilən önəmi bir daha göstərir.
Növbəti aylarda çempionatla bağlı yarış proqramı, iştirakçılar, azarkeş zonaları, xüsusi layihələr və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.
Çempionatın biletlərini "iTicket.az" vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış kassalarından əldə etmək mümkündür.
Yarışla bağlı əlavə məlumatlar Azərbaycan Cüdo Federasiyasının rəsmi veb-saytı və sosial media hesabları vasitəsilə paylaşılacaq.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.