"Səbail" Abbas Ağazadə ilə müqavilə imzalayıb
04 İyul 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
342
02.07.2026, 14:46
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib.
Oxu24.com xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Bu gün iki oyun keçirdik. "Xarkov"la birinci matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz "Ferentsvaroş" da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm".
O, hazırlıq prosesindən razı qaldığını bildirərək, komandanın qarşıdakı vacib görüşlərə daha yaxşı vəziyyətdə çıxması üçün işlərin davam etdiriləcəyini qeyd edib:
"Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Futbolçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib matçlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışında ötən gün iki yoxlama oyunu keçirib. Komanda günün ilk yarısında Ukraynanın "Xarkov" (2:6), ikinci yarısında isə Macarıstanın "Ferentsvaroş" (0:1) kollektivinə uduzub./NOCOMMENT.az
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.