1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
06.07.2026, 21:17
Azərbaycanda ipoteka kreditlərinin verilməsində müəyyən azalma meylləri müşahidə olunmağa başlayıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 200 milyon manat həcmində kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 faiz azdır.
Ekspertlər bu cüzi azalmanı normal statistik rəqs hesab etsələr də, daşınmaz əmlak bazarındakı ümumi bahalaşma ipoteka sektoruna ciddi təsir göstərir. Son illər ərzində mənzil qiymətlərinin kəskin artması vətəndaşların kreditlərə olan tələbatını stimullaşdıran əsas amillərdən birinə çevrilib. Hazırda bazarda hansı seqmentə marağın daha yüksək olması və mövcud tendensiyalar cəmiyyətdə böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən əmlak eksperti Elnur Azadov mənzil bazarındakı mövcud vəziyyəti və ipoteka kreditləşməsindəki gizli məqamları süzgəcdən keçirib.
“2.2 faizlik azalma ciddi fərq deyil, əsas məsələ qiymətlərdir"
Ekspert qeyd edib ki, illər arasında qeydə alınan 2-5 faizlik fərqlər tamamilə normal göstəricidir və narahatlığa əsas yoxdur. Lakin daşınmaz əmlak bazarındakı real mənzərə tam fərqlidir:
“2020-ci ildən etibarən ölkəmizdə daşınmaz əmlakın qiymətində heç vaxt olmadığı qədər sürətli artım başladı. Pik nöqtə isə 2022-2023-cü illərə təsadüf etdi ki, həmin dövrdə ilin nəticələrinə görə müxtəlif seqmentlərdə, xüsusən də Bakı şəhərində mənzillərin qiyməti təxminən 18%-ədək yüksəldi”.
E.Azadovun sözlərinə görə, sonrakı illərdə də bahalaşma trendi illik 11-12% civarında davam edib. Ümumilikdə götürdükdə, 2020-ci ildən bu günə kimi Bakıda daşınmaz əmlakın qiyməti təxminən 75%-ədək bahalaşıb.
İpoteka mənzillərini kimlər alır: Ehtiyacı olanlar, yoxsa investorlar?
Elnur Azadov hazırda ipoteka predmetlərinin dəyərinin olduqca yüksəldiyini diqqətə çatdırıb. O, bazarda maraqlı bir tendensiyanın yarandığını bildirib:
“Gəliri yüksək olan şəxslər artıq ipoteka fondunun xətti ilə verilən bütöv məbləği – 150 000 manatı tam şəkildə götürməyə üstünlük verirlər. İpoteka ilə alınan mənzillərin ümumi dəyəri bəzən 200-400 min, hətta 500 min manata qədər çatır.
Kreditə üz tutanların böyük bir qismi mənzilə real ehtiyacı olanlar deyil. Gəliri yüksək olan şəxslər bu addımı həm investisiya, həm də şəxsi məqsədlər üçün atırlar.
Bu o deməkdir ki, ipotekadan yararlanan şəxslərin əksəriyyəti evsiz və ya ehtiyacı olan şəxslər deyil. Bu cür yüksək tələbat və müraciətlərin həddindən artıq çox olması, mənzilə həqiqətən ehtiyacı olan və sosial vəziyyəti aşağı olan vətəndaşların ipotekadan faydalanmaq imkanlarını xeyli məhdudlaşdırır”.
“Vəsaitlər əmlak sektorunda “batır”, ciddi tədbir görülmür"
Ekspert əmlak bazarındakı kəskin bahalaşmanın ümumi iqtisadiyyata vurduğu ziyandan da bəhs edib. O, dövlət büdcəsindən və vətəndaşların cibindən çıxan böyük həcmdə vəsaitlərin daşınmaz əmlak sektorunda uzunmüddətli olaraq "çökdüyünü" (dondurulduğunu) vurğulayıb:
“Təəssüflər olsun ki, qiymətlərin bu cür süni və kəskin artımına qarşı hazırda hər hansı bir ciddi və effektiv qabaqlayıcı tədbirlər görülmür”.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.