Adıgözəlov: “Heç vaxt belə çirkli oyunların iştirakçısı olmamışıq” (MÜSAHİBƏ)
27 May 2026, 10:24
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
581
26.09.2025, 09:35
Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər. 26 ölkədən 170 idmançının qatıldığı yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib.
Oxu24.com xəbər verir ki, onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala, 4-ü isə yarımfinala yüksəlib.
55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva yarımfinalda Polşa, finalda isə Yaponiya təmsilçisini məğlub edərək çempion olub. O, çimərlik güləşində qızlar arasında Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb.
80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı da böyük uğura imza ataraq yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisini məğlub edib və qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində yarışan Elgün Kərimli isə finalın bir addımlığında iranlı rəqibinə uduzsa da, moldovalı rəqibi üzərində 5:0 hesablı qələbə qazanaraq bürünc medal əldə edib.
70 kq çəki dərəcəsində çıxış edən Rəşad Əliyev isə yarımfinalda İran, bürünc medal uğrunda görüşdə isə Gürcüstan idmançısına məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi mundialı 2 qızıl və 1 bürünc medalla başa vurub. Oğlanlardan ibarət komanda 62 xalla dünya üçüncüsü olub. Yalnız iki idmançı ilə təmsil olunan qızlardan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb.
Qeyd edək ki, dünya çempionatında ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.Milli.Az
12:25 / 27 May 2026
5
12:10 / 27 May 2026
38
12:00 / 27 May 2026
47
11:58 / 27 May 2026
174
11:31 / 27 May 2026
678
11:29 / 27 May 2026
128
11:23 / 27 May 2026
67
11:13 / 27 May 2026
76
11:11 / 27 May 2026
74
11:09 / 27 May 2026
68
11:02 / 27 May 2026
66
10:53 / 27 May 2026
71
10:45 / 27 May 2026
239
10:40 / 27 May 2026
86
10:35 / 27 May 2026
119
10:24 / 27 May 2026
82
10:17 / 27 May 2026
76
10:10 / 27 May 2026
71
10:09 / 27 May 2026
107
10:06 / 27 May 2026
127
09:55 / 27 May 2026
63
09:52 / 27 May 2026
1190
09:47 / 27 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.