Türkiyə Milli Futbol Komandası FİFA-nın dünya reytinqində 33-cü yerə düşüb
18 Noyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
900
10.05.2025, 21:21
Al-Nassr-ın turnir cədvəlində dördüncü yerə enməsindən sonra Kriştiano Ronaldonun gələcəyi ilə bağlı "şok dönüş" yaşanır.
Portuqaliya və "Al-Nassr" klubunun hücumçusu Kriştiano Ronaldonun gələcəyi 2024/25 mövsümünün sonuna yaxınlaşdıqca yenidən müzakirə mövzusuna çevrilib.
40 yaşlı Ronaldo 2022-ci ildə o zaman "Mançester Yunayted"in baş məşqçisi olan Erik ten Haq ilə yaşadığı fikir ayrılığından sonra Səudiyyə Ərəbistanının "Al-Nassr" klubuna transfer olunmuşdu.
"Al-Nassr"a keçdiyi gündən bəri Ronaldo 103 oyunda 91 qol və 19 asistlə yadda qalıb. Təkcə 2024/25 mövsümündə 33 qol vurub.
Lakin portuqaliyalı ulduzun bütün töhfələrinə baxmayaraq, "Al-Nassr" Səudiyyə Pro Liqasının turnir cədvəlində lider "Al-İttihad", "Al-Hilal" və "Al-Əhli" klublarından geri qalaraq dördüncü yerdə qərarlaşıb və cəmi 4 oyun qalıb.
Nəticə etibarilə, Ronaldonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır, çünki futbolçunun müqaviləsi iki ay sonra başa çatır.
İspaniyanın MARCA nəşrinin məlumatına görə, Ronaldo klubla müqaviləsini iki il daha uzatmağı planlaşdırırdı və bu halda o, 42 yaşını da meydanda qeyd etmiş olardı.
Lakin nəşr bildirir ki, klubun son uğursuzluqları, xüsusilə də 30 aprel tarixində Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki" klubuna 3:2 hesabı ilə məğlub olub turnirdən kənarlaşdırılması səbəbilə danışıqlar dayandırılıb.
Xatırladaq ki, Ronaldo 2024-cü ildə Portuqaliyanın "Now" televiziya kanalına verdiyi müsahibədə TNT Sports vasitəsilə bildirib ki, "ehtimal ki", futbol karyerasını "Al-Nassr" klubunda başa vuracaq:
"Bilmirəm, karyeramı iki və ya üç ildən sonra bitirəcəyəm, ya yox, amma yəqin ki, Al-Nassr-da vida edəcəyəm."
"Bu klubda xoşbəxtəm, bu ölkədə özümü yaxşı hiss edirəm. Səudiyyə Ərəbistanında oynamaqdan məmnunam və davam etmək istəyirəm."
Ronaldo həmçinin milli komandadakı gələcəyi ilə bağlı suallara da cavab verib və bildirmişdi ki, karyerasını nə zaman bitirəcəyi barədə qərar "ani, lakin düşünülmüş" olacaq:
"Milli komandadan ayrıldığım zaman bunu əvvəlcədən heç kimə deməyəcəyəm. Bu, mənim tərəfimdən çox spontan bir qərar olacaq, eyni zamanda yaxşı ölçülüb-biçilmiş bir qərar."
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.