Qaynar xətt:

(+99450) 247 90 86

UEFA "Sumqayıt"ı cərimələdi

UEFA "Sumqayıt"ı cərimələdi

İDMAN

289

28.08.2024, 14:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

UEFA "Sumqayıt" klubunu cərimələyib.

Oxu24.com xəbər verir ki, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.