Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

İDMAN

257

31.07.2024, 14:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Oxu24.com xəbər verir ki, “Qarabağ”ın turnirdəki potensial rəqibləri “Ludaqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları cavab oyununda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Komandalar arasında ilk matç “Ludaqorets”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları avqustun 6-7-də, cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq.