Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana turist axını 4 %-dən çox azalıb 

Azərbaycana turist axını 4 %-dən çox azalıb 

CƏMİYYƏT

65

24.11.2026, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Oxu24.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 26,6 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,6 5-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,8 %-i İsrail, 3,5 %-i Pakistan, 3 %-i Özbəkistan, 2,9 %-i Çin, 2,7 %-i Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,2 % olmaqla Almaniya və Böyük Britaniya, 1 %-i Belarus, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 % artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 % artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 % azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 % azalaraq 946,3 min nəfər olub.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 %-i hava, 25,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son 1 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 1,9 % azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çox), 14,6 %-i Rusiyaya (1,9 % az), 13,2 %-i Gürcüstana (19,2 % çox), 4,9 %-i İrana (47,9 % az), 23,6 %-i isə digər ölkələrə (1,1 % az) gedib. Gedənlərin 64,3 %-ni kişilər, 35,7 %-ni qadınlar təşkil edib.

10 ayda xarici ölkələrə gedən vətəndaşlarının 69,9 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.