Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
898
03.09.2026, 16:30
Yollarda piyada keçidlərindən istifadə edən vətəndaşların təhlükəsizliyi məsələsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Mütəmadi olaraq piyadalara yol verməyən, keçidlərdə üstünlük hüququnu pozan sürücülər barədə şikayətlər eşidilməkdədir. Bu hal artıq fərdi qayda pozuntusundan daha çox, cəmiyyətdə ciddi yol mədəniyyəti və məsuliyyətsizlik problemi kimi qiymətləndirilir. Sürücülərin bu diqqətsizliyi təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də vətəndaşları piyada hərəkət etməkdən çəkindirir. Mövcud vəziyyətin aradan qaldırılması üçün həm inzibati cəza mexanizmlərinin, həm də infrastruktura dair yeniliklərin tətbiqi vacib sayılır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yol hərəkətində ən müdafiəsiz iştirakçı məhz piyadalardır.
Ekspertin sözlərinə görə, şəhər infrastrukturu ilk növbədə piyadanın rahat və təhlükəsiz hərəkətini təmin edəcək formada qurulmalıdır.
Ekspert qeyd edib ki, yollarda sürəti azaldan mühəndislik həllərinin tətbiqinə böyük ehtiyac var:
“Bununla yanaşı, piyadalara yol verməyən sürücülər kameralar vasitəsilə dəqiq müəyyən edilməli və onlara inzibati qaydada müvafiq cəzalar verilməlidir”.
R.Ağamirzəyev vurğulayıb ki, yol hərəkətində piyadanın sərbəstliyi məhdudlaşırsa, bu, birinci növbədə ciddi təhlükəsizlik təhdidi yaradır, ikinci növbədə isə insanları piyada gəzməkdən çəkindirir:
“Bütün müasir dünyada şəhərlər insan yönümlü planlaşdırılır. Piyadanın rahat hərəkəti üçün səkilər abad və rəvan olmalı, qısa piyada marşrutları formalaşdırılmalıdır.
İstər nizamlanmayan, istərsə də düyməli və ya adi svetoforlu "zebra" keçidləri düzgün təşkil edilməlidir. Keçidlərin uzunluğu iki zolaqdan artıqdırsa, burada təhlükəsizlik adacıqları qurulmalı, kontrast işıqlandırma və zolaqların eninin kiçildilməsi kimi həllər icra olunmalıdır”.
Rauf Ağamirzəyev sonda əlavə edib ki, bu infrastruktura aid addımların ana məqsədi hər hansı bir ehtiyatsızlıq və ya qəza baş verəcəyi təqdirdə belə, hadisənin ölüm göstəricisi ilə deyil, yüngül xəsarətlə nəticələnməsini təmin etməkdir.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.