Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
373
31.08.2026, 17:16
Son zamanlar vətəndaşların xəbəri olmadan adlarına müxtəlif borc öhdəliklərinin və ya kredit müqavilələrinin rəsmiləşdirilməsi hallarında artım müşahidə olunur. Bir çox hallarda şəxslər yalnız adlarına hesablanmış faizlər, məhkəmə qərarları və ya icra qərarları ilə qarşılaşdıqda baş verənlərdən xəbərdar olurlar. Qanunsuz olaraq başqasının şəxsiyyət məlumatlarından istifadə edilməsi və ya sənədlərin saxtalaşdırılması ciddi hüquqi pozuntu hesab edilir. Belə xoşagəlməz hallarla qarşılaşan vətəndaşların hansı adımları atmalı olduğu, hansı dövlət qurumlarına müraciət etməli olduğu xüsusi maraq doğurur. Hüquqi müstəvidə bu tür borc öhdəliklərinin ləğv edilməsi və ədalətin bərpası üçün dəqiq prosedur mövcuddur. İddia olunan borcun həqiqətən də vətəndaşa aid olmadığını sübut etmək üçün xüsusi ekspertizaların keçirilməsi tələb oluna bilər. Şəxsin iştirakı və razılığı olmadan tərtib edilən hər bir maliyyə sənədi hüquqi gücünü itirmək riskı daşıyır. Yaranmış problemlərdən vaxtında və düzgün yolla xilas olmaq üçün hüquqi savadlılıq vacib şərtdir. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı məsələnin hüquqi tərəflərini şərh edib.
Vəkil bildirib ki, borc münasibətlərinin rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada icra olunmalıdır:
"Ümumiyyətlə, borc münasibəti notarial qaydada təsdiqlənən bir əməliyyatdır. Notariat qaydasında borc müqaviləsi təsdiq edilərkən həmin şəxsin – yəni borc alan və ya öhdəlik götürən tərəfin – şəxsən iştirakı mütləqdir və vacib şərtdir”.
Onun sözlərinə görə, əgər vətəndaş notariat kontorunda şəxsən iştirak etmirsə, onun xəbəri və razılığı olmadan adından hər hansı borc rəsmiləşdirilə bilməz və hüquqi baxımdan belə bir borc münasibəti yaranmış sayılmır.
Mehman Muradlı qeyd edib ki, əgər hansısa formada vətəndaşın xəbəri olmadan onun adına borc sənədi tərtib edilibsə, bu artıq ciddi qanunsuzluqdur və birbaşa cinayət məsuliyyəti yaradır.
O xəbərdarlıq edib ki, belə hallar baş verdikdə məsələ hüquq-muhafizə orqanları tərəfindən geniş araşdırılmalıdır:
“Vətəndaş adında saxta borc rəsmiləşdirildiyini öyrəndikdə dərhal hüquq-mühafizə organlarına və məhkəməyə müraciət etməlidir. Araşdırma zamanı imza ekspertizası (xattşünaslıq ekspertizası) təyin olunur və sənəddəki imzanın vətəndaşa aid olmadığı sübuta yetirilir. Bu yolla həm saxta borc öhdəliyi ləğv edilir, həm də sənədləri saxtalaşdıran şəxslər qanun qarşısında cavabdehlik daşıyırlar”.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.