Xəyanətə görə kompensasiya: Qanun nə deyir?
09 İyul 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
83
09.07.2026, 12:44
Yeni iş tapmaq ümidi ilə işdən çıxmaq barədə ərizə yazan, lakin sonradan planları dəyişən şəxslər üçün Azərbaycan qanunvericiliyində mühüm hüquqi təminat mövcuddur. Bir çox hallarda vətəndaşlar yeni iş yerinə qəbul olunacaqlarını düşündükləri üçün mövcud iş yerlərindən ayrılmaq qərarı verirlər. Lakin sonradan müxtəlif səbəblərdən həmin işə qəbul baş tutmur və ya işçi əvvəlki qərarından peşman olur. Belə vəziyyətdə "Verdiyim ərizəni geri götürə bilərəmmi?" sualı yaranır.
Oxu24.com xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçiyə müəyyən şərtlər daxilində işdən çıxmaq barədə verdiyi ərizəni geri götürmək hüququ verir.
Bildirilib ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə təqdim etmiş işçi xəbərdarlıq müddəti başa çatanadək həmin ərizəni geri götürə və ya ərizənin etibarsız hesab olunması barədə işəgötürənə yeni yazılı müraciət edə bilər.Lakin bu hüquq müəyyən şərtlərlə tətbiq olunur. Hüquqşünaslar qeyd edirlər ki, işəgötürən həmin vəzifəyə başqa bir şəxsin qəbul edilməsi barədə işçiyə rəsmi və yazılı qaydada məlumat verməyibsə, işçi ərizəsini geri götürə bilər və əmək münasibətlərini davam etdirmək hüququna malikdir.Əgər işəgötürən artıq həmin vakant vəzifəyə yeni işçinin qəbul olunması barədə qanunvericiliyin tələblərinə uyğun şəkildə yazılı bildiriş təqdim edibsə, bu halda işçinin əvvəlki ərizəsini geri götürməsi mümkün olmaya bilər. Bu səbəbdən işdən çıxmaq barədə qərar qəbul edən şəxslərin tələsməmələri, yeni iş yerində bütün məsələlərin dəqiqləşdirilməsindən sonra ərizə vermələri tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, praktikada bir çox işçi yeni iş yerinə qəbul olunacağını düşündüyü halda son anda bu proses baş tutmur və nəticədə həm əvvəlki işini, həm də yeni iş imkanını itirmək riski ilə üzləşir. Belə halların qarşısını almaq üçün qanunun verdiyi hüquqlardan vaxtında istifadə etmək vacibdir.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, əgər planlarında dəyişiklik baş veribsə, xəbərdarlıq müddəti başa çatmamış işəgötürənə mütləq yazılı şəkildə müraciət etsinlər. Bu, sonradan yarana biləcək əmək mübahisələrinin və hüquqi problemlərin qarşısını almağa kömək edəcək.
Ekspertlər vurğulayırlar ki, əmək münasibətlərində həm işçinin, həm də işəgötürənin hüquq və vəzifələri qanunla tənzimlənir və hər iki tərəf bu qaydalara riayət etməlidir. Buna görə də işdən çıxmaq barədə qərar verməzdən əvvəl bütün hüquqi məqamların nəzərə alınması və qərarın düşünülmüş şəkildə qəbul edilməsi məqsədəuyğundur.
14:43 / 09 İyul 2026
1
14:35 / 09 İyul 2026
17
14:30 / 09 İyul 2026
28
14:24 / 09 İyul 2026
32
14:18 / 09 İyul 2026
49
13:58 / 09 İyul 2026
55
13:54 / 09 İyul 2026
56
13:34 / 09 İyul 2026
67
13:32 / 09 İyul 2026
51
13:30 / 09 İyul 2026
59
13:19 / 09 İyul 2026
61
12:58 / 09 İyul 2026
54
12:54 / 09 İyul 2026
56
12:47 / 09 İyul 2026
79
12:38 / 09 İyul 2026
75
12:35 / 09 İyul 2026
73
12:19 / 09 İyul 2026
281
12:07 / 09 İyul 2026
471
12:02 / 09 İyul 2026
80
12:01 / 09 İyul 2026
74
11:48 / 09 İyul 2026
77
11:40 / 09 İyul 2026
70
11:38 / 09 İyul 2026
621
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.