Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
386
02.07.2026, 13:25
Valideynlərin vəfatından sonra miras bölgüsü ilə bağlı yaranan mübahisələr cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Xüsusilə də övladlardan birinin ata evində yaşaması digər vərəsələrin hüquqlarının məhdudlaşdırılması anlamına gəlirmi sualı tez-tez gündəmə gəlir
Vəkil Əli Şirəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, valideynlərin vəfat etməsindən sonra onların əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada bütün birinci növbə vərəsələri arasında bölüşdürülür və övladlardan birinin həmin evdə yaşaması ona əlavə üstünlük vermir.
Onun sözlərinə görə, əgər ata və ana vəfat ediblərsə və onların adına qeydiyyatda olan mənzil və ya digər əmlak mövcuddursa, bütün övladlar qanun qarşısında bərabər hüquqlara malikdirlər.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, uşaqlar birinci növbə vərəsələri hesab olunurlar. Buna görə də valideynlərin ölümündən sonra onların bütün övladları mirasdan pay almaq hüququna malikdirlər. Qardaşlardan birinin həmin evdə yaşaması digər övladların hüquqlarını aradan qaldırmır və ya onların payını ləğv etmir”, – deyə vəkil bildirib.
Əli Şirəliyev vurğulayıb ki, bir çox hallarda insanlar yanlış olaraq düşünürlər ki, ata evində uzun illər yaşayan və ya valideynlərə qulluq edən övlad avtomatik şəkildə həmin evin yeganə sahibi olur. Halbuki hüquqi baxımdan belə bir yanaşma doğru deyil.
“Əgər vəsiyyətnamə yoxdursa və əmlakın başqa cür bölüşdürülməsi nəzərdə tutulmayıbsa, bütün vərəsələr qanunla müəyyən edilmiş qaydada bərabər pay alırlar. Hətta qardaşlardan biri uzun illər həmin evdə yaşasa belə, digər bacı və qardaşların mülkiyyət hüquqları qüvvədə qalır”, – deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, hüquqların rəsmiləşdirilməsi üçün ilk növbədə vərəsəlik işi açılmalı və vərəsəlik hüququ təsdiqlənməlidir. Bunun üçün notariat orqanlarına müraciət edilməli, qanunvericiliyin tələb etdiyi sənədlər təqdim olunmalıdır.
“Əgər şəxs öz vərəsəlik hüququnu rəsmiləşdirməyibsə, ilk addım olaraq bu prosesi həyata keçirməlidir. Vərəsə kimi tanındıqdan sonra ona düşən pay hüquqi baxımdan tam şəkildə qorunur və həmin pay üzərində sərəncam vermək imkanı yaranır”, – deyə vəkil bildirib.
Əli Şirəliyev onu da vurğulayıb ki, tərəflər arasında razılıq əldə olunmadığı hallarda məsələ məhkəmə qaydasında həll edilə bilər.
“Əgər evdə yaşayan qardaş digər vərəsələrin hüquqlarını tanımır və ya onların payını verməkdən imtina edirsə, bu zaman məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə vərəsələrin paylarını müəyyənləşdirərək onların hüquqlarının bərpasını təmin edir”, – deyə hüquqşünas qeyd edib.
Vəkilin sözlərinə görə, miras məsələlərində əsas prinsip qanunun aliliyidir və ailə üzvlərindən birinin faktiki yaşayışı digər vərəsələrin qanuni hüquqlarını aradan qaldıra bilməz.
“Valideynlərin evində qardaşınızın yaşaması sizin həmin əmlak üzərində olan hüququnuzu məhdudlaşdırmır. Siz də digər birinci növbə vərəsələr kimi qanunla müəyyən edilmiş paya maliksiniz və bu hüququnuzu mütləq şəkildə rəsmiləşdirməlisiniz”, – deyə Əli Şirəliyev vurğulayıb.
Turan
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.