Qaynar xətt:

(+99450) 247 90 86

Boşanmadan sonra soyad mübahisəsi: hüquq nə deyir?  

Boşanmadan sonra soyad mübahisəsi: hüquq nə deyir?  

HÜQUQ

492

03.07.2026, 14:00

Boşanmadan sonra ən çox müzakirə olunan məsələlərdən biri də keçmiş həyat yoldaşının nikah zamanı qəbul etdiyi soyadı daşımağa davam etməsidir. Bir çox vətəndaş “Boşanmışıq, amma keçmiş həyat yoldaşım hələ də mənim soyadımı daşıyır. Onu soyadımdan çıxarmaq üçün nə edə bilərəm?” sualı ilə hüquqşünaslara müraciət edir.

Mövzu ilə bağlı hüquqşünas Xəyalə Məmmədova Oxu24.com-a  bildirib ki, Azərbaycan qanunvericiliyi bu məsələdə kifayət qədər aydın mövqe ortaya qoyur və keçmiş ərin birtərəfli qaydada qadının soyadını dəyişdirməsini tələb etmək hüququ yoxdur.

Hüquqşünasın sözlərinə görə, nikaha daxil olarkən tərəflər könüllü şəkildə müəyyən qərarlar qəbul edirlər. Həmin qərarlardan biri də soyad məsələsidir. Əgər qadın nikah zamanı ərinin soyadını qəbul edibsə və bu dəyişiklik rəsmi qaydada dövlət qeydiyyatına alınıbsa, sonradan həmin soyad onun şəxsi hüququna çevrilir.

“Qanunvericilikdə keçmiş həyat yoldaşını məcburi şəkildə soyaddan çıxarmaq və ya onun əvvəlki soyadına qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmayıb. Bir dəfə qanuni əsaslarla qəbul edilmiş soyad sonradan yalnız həmin şəxsin öz iradəsi ilə dəyişdirilə bilər”, – deyə hüquqşünas vurğulayıb.

Xəyalə Məmmədova qeyd edib ki, bəzi şəxslər bu məsələ ilə bağlı məhkəmələrə müraciət edərək keçmiş həyat yoldaşlarının onların soyadını daşımasına son qoyulmasını tələb ediblər. Lakin məhkəmə təcrübəsi göstərir ki, belə tələblər hüquqi əsas olmadığı üçün təmin edilmir.Boşanma faktı avtomatik olaraq soyadın dəyişdirilməsi anlamına gəlmir. Keçmiş həyat yoldaşı istəsə, əvvəlki soyadına qayıda bilər, lakin bu, tamamilə onun şəxsi seçimidir və heç kim onu buna məcbur edə bilməz.Bu məsələ daha çox mənəvi və psixoloji aspektdən insanları narahat edir. Xüsusilə cəmiyyətimizdə bəzi şəxslər keçmiş həyat yoldaşının onların soyadını daşımasını istəmir və bunu ailə dəyərləri, mentalitet və şəxsi münasibətlər baxımından həssas məsələ kimi qiymətləndirirlər.Burada hüquqi və mənəvi yanaşmaları bir-birindən ayırmaq lazımdır. Hüquq baxımından keçmiş həyat yoldaşının həmin soyadı daşımağa davam etməsi tam qanunidir. Mənəvi baxımdan isə tərəflər arasında anlaşma əldə olunarsa, qadın könüllü şəkildə əvvəlki soyadına qayıda bilər. Lakin bu, məcburi xarakter daşımır

Xəyalə Məmmədova onu da əlavə edib ki, keçmiş həyat yoldaşının eyni soyadı daşıması digər tərəf üçün hüquqi baxımdan hər hansı problem yaratmır. Bu hal nə əmlak hüquqlarına, nə də digər mülki münasibətlərə təsir göstərir.Qanunvericilik şəxsin ad və soyad seçimi hüququnu fundamental şəxsi hüquqlardan biri kimi qoruyur və həmin hüquqa yalnız qanunda nəzərdə tutulmuş xüsusi hallarda müdaxilə edilə bilər.Bu səbəbdən, boşanmış şəxsin keçmiş həyat yoldaşını məcburi şəkildə öz soyadından çıxarması və ya məhkəmə yolu ilə buna nail olması hazırkı hüquqi mexanizmlər çərçivəsində mümkün hesab edilmir. Qərar yalnız soyadı daşıyan şəxsin öz iradəsinə bağlıdır.

Jalə

Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

12:38 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

72

0
Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

12:30 / 27 İyul 2026

HÜQUQ HÜQUQ

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

57

0
DYP-dən hava ilə bağlı xəbərdarlıq  

12:29 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP-dən hava ilə bağlı xəbərdarlıq  

65

0
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

12:25 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

65

0
Bakıda obyekt yanır 

12:21 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda obyekt yanır 

61

0
Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

12:15 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

68

0
Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

11:55 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

75

0
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

11:52 / 27 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

70

0
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

11:35 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

61

0
Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

11:35 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

85

0
Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

11:14 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

81

0
Dövlətin borcu 7 faiz azalıb 

11:10 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Dövlətin borcu 7 faiz azalıb 

67

0