Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
349
02.07.2026, 12:24
Xüsusilə yaşayış məntəqələrində gecə saatlarında kafe, restoran, şadlıq evi və digər iaşə obyektlərindən gələn yüksək səs-küy sakinlərin ciddi narazılığına və haqlı etirazına səbəb olur. Səs-küy çirklənməsi insanların həm istirahət hüququnu pozur, həm də sağlamlığına mənfi təsir göstərir. Belə hallarla qarşılaşan vətəndaşlar çox vaxt öz hüquqlarını necə qoruyacaqlarını və hansı qurumlara müraciət etməli olduqlarını bilmirlər. Qanunvericilikdə bu növ pozuntulara qarşı kifayət qədər ciddi məsuliyyət tədbirləri və irihəcmli cərimələr nəzərdə tutulmuşdur. Obyektlərdə səs-küyün normadan artıq olması xüsusi cihazlar vasitəsilə peşəkar şəkildə müəyyən edilir. Vətəndaşların rahatlığını pozan iaşə obyektlərinə qarşı qanuni addımların nələr olduğunu bilmək hər bir sakinin hüququdur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənova qanunvericiliyin tələblərini, vətəndaşların hüquqi müdafiə mexanizmlərini və inzibati məsuliyyətin yaranmasının xüsusi şərtlərini ətraflı izah edib.
Əsas hüquqi baza nədir?
Vəkil bildirib ki, ölkəmizdə səs-küy və vibrasiya normaları xüsusi fərmanla tənzimlənir:“Əsas hüquqi baza Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”dır. Sonradan bu normalara 2017-ci ildə də dəyişiklik edilmişdir. Bu fərmanda açıq şəkildə göstərilir ki, norma nədir, normadan artıq səs-küy çirklənmələri və vibrasiya nə deməkdir və bunlar necə ölçülür”.
Qanunsuzluq edən obyektləri və şəxsləri hansı cərimələr gözləyir?
İlhamə Həsənova qeyd edib ki, qanunvericilikdə səs-küy normalarını pozan tərəflər üçün İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən fərqli və kifayət qədər ciddi cərimə sanksiyaları nəzərdə tutulub. Cərimələrin miqdarı həm xətanın növünə, həm də bunu törədən subyektə (fiziki, vəzifəli və ya hüquqi şəxs olmasına) görə dəyişir:
1.İXM Maddə 275.2 (Səs-küy və vibrasiya normalarının pozulması): Kafe, restoran, şadlıq evi kimi obyektlər üçün əsas istinad daha çox bu maddədir. Bu maddəyə əsasən sanksiyalar fərqli məbləğlərdə müəyyən edilib:
•Fiziki şəxslər — 200–300 manat məbləğində,
•Vəzifəli şəxslər — 2500–3500 manat məbləğində,
•Hüquqi şəxslər — 8000–10000 manat məbləğində cərimə edilir.
2.İXM Maddə 521 (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması): Gecə saat 00:00-dan 07:00-dək səs-küy salmağa görə tətbiq edilən cərimələr:
•Fiziki şəxslər — 150–200 manat məbləğində,
•Vəzifəli şəxslər — 2000–2500 manat məbləğində cərimə olunurlar.
Sakinlərin belə hallarla qarşılaşdıqda qanuni şəkildə hara müraciət edə biləcəyini izah edən vəkil mühüm qurumların adlarını çəkib:“Belə bir halla rastlaşdıqda vətəndaşlarımız 102 xidmətinə müraciət edə bilərlər. Amma məsələnin əsas aidiyyəti qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Vətəndaşlar birbaşa nazirliyin qaynar xəttinə müraciət edə bilərlər. Elə olan halda, adətən vətəndaşlar 102 xidmətinə müraciət edəndə həmən müraciət 102 xidmətindən də aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəldilir”.
İnzibati məsuliyyətin yaranması prosesinə aydınlıq gətirən vəkil, monitorinqin keçirilmə qaydasını və qanundakı çox mühüm bir hüquqi incəliyi diqqətə çatdırıb:“Müraciətdən sonra həmən nazirliyin əməkdaşları gəlib yerində monitorinq aparırlar. Xüsusi cihazlar vasitəsilə səs-küyün dərəcəsəsini ölçürlər. Əgər müəyyən olunsa ki, səs yuxarıda göstərilən fərmanda qeyd edilən dərəcədən artıqdır, onda bu, inzibati məsuliyyətə səbəb olur və İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə sanksiyası tətbiq edilir. Lakin burada vətəndaşların və obyekt sahiblərinin bilməli olduğu çox mühüm bir məqam var: Bu əməlin inzibati məsuliyyətə səbəb olması üçün orada həm səs-küy, həm də vibrasiya dərəcəsi birgə ölçülməlidir. Yəni həm səs-küyün, həm də vibrasiya dərəcəsinin normalarının pozulması — ikisi bir yerdə hüquqi tərkib yaradır. Əgər biri pozulub, digəri pozulmursa, onda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş həmən məsuliyyət tərkibi (inzibati xəta) yaranmır”.
Çimnaz Telmanqızı
09:38 / 07 İyul 2026
1
09:34 / 07 İyul 2026
19
09:27 / 07 İyul 2026
28
09:24 / 07 İyul 2026
36
09:16 / 07 İyul 2026
133
09:11 / 07 İyul 2026
113
09:08 / 07 İyul 2026
40
00:44 / 07 İyul 2026
144
00:18 / 07 İyul 2026
639
00:16 / 07 İyul 2026
148
00:12 / 07 İyul 2026
142
00:10 / 07 İyul 2026
305
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
677
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
307
23:08 / 06 İyul 2026
1395
23:02 / 06 İyul 2026
621
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
249
22:36 / 06 İyul 2026
720
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.