Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
390
30.06.2026, 17:30
Ailə daxilində miras və vərəsəlik məsələləri ən çox mübahisə doğuran hüquqi mövzulardan biridir. Xüsusilə valideynlərin sağlığında övladlardan birinə əmlak verməsi və ya vəsiyyətnamə tərtib etməsi sonradan digər vərəsələrin hüquqları ilə bağlı suallar yaradır.
Oxu24.com-a açıqlama verən vəkil Samir Qasımov bildirib ki, belə hallarda ilk növbədə əmlakın hüquqi statusu və vəsiyyətnamənin mövcud olub-olmaması araşdırılmalıdır.
“Vətəndaşların ən çox verdiyi suallardan biri budur: ‘Babam sağlığında evi əmimə verib. Atam isə həmin evin tikintisində iştirak edib, illərlə zəhmət çəkib. İndi əmim vəfat edib və evi satmaq istəyirlər. Atamın həmin evdən pay tələb etmək hüququ varmı?’ Bu məsələyə hüquqi baxımdan yanaşmaq lazımdır”, – deyə Samir Qasımov bildirib.
Vəkilin sözlərinə görə, əgər evin çıxarışı, yəni mülkiyyət hüququnu təsdiq edən sənəd babanın adına olubsa və baba həmin əmlakla bağlı vəsiyyətnamə tərtib edərək onu oğullarından birinə vəsiyyət edibsə, bu halda digər vərəsələrin hüquqları tamamilə aradan qalxmır.
“Azərbaycan qanunvericiliyində məcburi pay institutu mövcuddur. Bu o deməkdir ki, vəsiyyətnamənin olmasına baxmayaraq, qanunla müəyyən edilmiş bəzi vərəsələr öz məcburi paylarını tələb etmək hüququna malikdirlər. Əgər vəsiyyətnamə olmasaydı, həmin şəxsin atasına nə qədər miras payı düşəcəkdisə, vəsiyyətnamə mövcud olduğu halda belə, o payın ən azı yarısını məcburi pay kimi tələb etmək imkanı yaranır”, – deyə hüquqşünas izah edib.
Samir Qasımov qeyd edib ki, belə hallarda ilk addım şəxsin öz vərəsəlik hüququnu rəsmiləşdirməsi və hüquqi statusunu təsdiq etdirməsidir.
“Əvvəlcə vətəndaş notariat orqanları vasitəsilə özünün vərəsə olduğunu təsdiqlətməlidir. Bundan sonra isə əgər hüquqları pozulursa və ya digər tərəflərlə razılıq əldə olunmursa, məsələ məhkəmə qaydasında həll edilə bilər”, – deyə o bildirib.
Vəkilin sözlərinə görə, insanların çoxu vəsiyyətnamənin bütün digər hüquqları tamamilə ləğv etdiyini düşünür. Halbuki qanunvericilik müəyyən şəxslərin sosial müdafiəsini təmin etmək üçün məcburi pay hüququnu qoruyub saxlayır.
“Vəsiyyətnamə mülkiyyət sahibinin iradəsini ifadə edən mühüm hüquqi sənəddir. Lakin bu sənəd belə, bəzi hallarda qanunla qorunan məcburi pay hüququnu aradan qaldıra bilmir. Məhz buna görə də hər bir konkret hadisəyə ayrıca hüquqi qiymət verilməlidir”, – deyə Samir Qasımov vurğulayıb.
O əlavə edib ki, əmlakın tikintisində iştirak etmək və ya uzun illər həmin evdə yaşamaq da müəyyən hallarda əlavə hüquqi mübahisələr yarada bilər. Lakin əsas meyar mülkiyyət sənədləri və vərəsəlik hüququnu müəyyən edən hüquqi aktlardır.
“Əgər vətəndaş hesab edirsə ki, onun və ya atasının miras hüquqları pozulur, mütləq hüquqşünasa müraciət etməli və mövcud sənədləri araşdırmalıdır. Hüquqi prosedurlar vaxtında həyata keçirildikdə, vətəndaş öz qanuni payını əldə edə bilər”, – deyə vəkil açıqlamasında bildirib.
Jalə
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.