Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
696
30.06.2026, 15:43
Oxu24.com xəbər verir ki, Azərbaycanda vətəndaşların öz ad və soyadlarını dəyişdirmək hüququnun hüquqi tənzimlənməsi mövzusu geniş maraq doğuran məsələlərdən biridir. İnsan öz adını və soyadını istədiyi vaxt dəyişə bilərmi, qanunvericilik bu barədə nə deyir və hansı sənədlər tələb olunur?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Oxu24.com-a açıqlamasında məsələnin bütün hüquqi incəliklərinə aydınlıq gətirib.
Ramil Süleymanov bildirib ki, hər bir şəxsin öz adını və soyadını dəyişdirmək istəməsi və bununla bağlı müvafiq dövlət qurumlarına – konkret olaraq Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə (VVAQ) və ya ASAN xidmət mərkəzlərinə müraciət etməsi tamamilə onun özünün şəxsi istəyinə bağlı olan bir məsələdir: “Azərbaycan qanunvericiliyi vətəndaşların bu istəyinə qarşı hər hansı bir ümumi qadağa tətbiq etmir. Qanunvericiliyə əsasən, şəxsin həyatı boyu bir dəfə ad və soyadını dəyişdirmək hüququ tanınır”.
Onun sözlərinə görə, giriş sərbəst olsa da, proses tamamilə nəzarətsiz deyil. Şəxs qeydiyyat şöbəsinə müraciət etdikdə, ondan bu dəyişikliyi nə üçün etmək istədiyi (bunun səbəbi) soruşulur:“Əgər səbəb ağlabatandırsa, qeydiyyat şöbəsi müraciəti müsbət qiymətləndirir və adın/soyadın dəyişdirilməsi üçün müvafiq hüquqi addımları atır.Əgər səbəb ağlabatan hesab edilmirsə, qeydiyyat şöbəsi müraciəti rədd edir və vətəndaşa rəsmi imtina məktubu təqdim edir”.
Hüquqşünas qeyd edir ki, qeydiyyat şöbəsindən imtina məktubu alan vətəndaş prosesi dayandırmaq məcburiyyətində deyil. O, həmin imtina məktubu ilə birlikdə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər:“Məhkəmə prosesində vətəndaş iddiaçı kimi çıxış edir və adını/soyadını dəyişmək istəməsinin səbəbini hakimlərə mütləq şəkildə izah etməlidir. Əgər məhkəmə vətəndaşın gətirdiyi arqumentləri məqbul hesab edərsə, adın dəyişdirilməsi barədə öhdəliyin müvafiq dövlət qurumunun üzərinə qoyulması haqqında qərar çıxarır”.
Tələb olunan sənədlər nələrdir?
Hüquqşünas səs yazısında bu prosedur üçün lazım olan əsas sənədlərin siyahısını da diqqətə çatdırıb:
1.Müraciət ərizəsi: Şəxsin ad və soyad dəyişikliyi istəyini rəsmən ifadə edən sənəd.
2.Köhnə şəxsiyyət vəsiqəsi: Vətəndaşın hazırda daşıdığı (dəyişmək istədiyi) ad və soyadın əks olunduğu mövcud şəxsiyyət vəsiqəsi.
3.Tarixi-hüquqi sübutlar (lazım olduqda): Əgər vətəndaş mövcud adının və ya soyadının daşınmasının uyğun olmadığını, milliyyətinə, ailə kökünə yaraşmadığını və ya tamamilə başqa bir mənaya gəldiyini iddia edirsə, bu iddianı təsdiqləyən tarixi-hüquqi sənədləri və sübutları məhkəməyə təqdim etməlidir. Şəxs bu sübutlar vasitəsilə öz mövqeyinin əsaslı olduğunu nümayiş etdirir.
Çimnaz Telmanqızı
10:39 / 10 Noyabr 2026
1
10:32 / 10 Noyabr 2026
29
10:28 / 10 Noyabr 2026
47
10:21 / 10 Noyabr 2026
49
10:17 / 10 Noyabr 2026
63
10:15 / 10 Noyabr 2026
71
10:10 / 10 Noyabr 2026
57
09:50 / 10 Noyabr 2026
152
09:46 / 10 Noyabr 2026
89
09:35 / 10 Noyabr 2026
114
09:26 / 10 Noyabr 2026
154
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
204
08:46 / 10 Noyabr 2026
221
08:42 / 10 Noyabr 2026
2048
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
256
04:34 / 10 Noyabr 2026
160
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
440
01:19 / 10 Noyabr 2026
597
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.