Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
696
29.06.2026, 15:40
Son dövrlər süni intellekt texnologiyalarının sürətli inkişafı rəqəmsal sahədə yeni cinayət növlərinin yaranmasına yol açır. Xüsusilə insanların səsini klonlaşdırmaqla həyata keçirilən kiberdələduzluq halları dünya miqyasında və ölkəmizdə sürətlə artmaqdadır. Cinayətkarlar müasir proqramlar vasitəsilə vətəndaşların yaxınlarının, ailə üzvlərinin və ya rəhbərlərinin səsini manipulyasiya edərək saxta səs yazıları hazırlayırlar. Bu üsulla vətəndaşlara zəng edilir, guya təcili pul lazım olduğu və ya qəza baş verdiyi barədə yalan məlumatlar verilərək pullar mənimsənilir. Texnologiyanın bu dərəcədə inkişaf etməsi insanların reallıqla saxtakarlığı ayırd etməsini getgizcə çətinləşdirir. Nəticədə bir çox vətəndaş dərin psixoloji gərginlik yaşayır, ciddi maddi ziyana uğrayır və bank məlumatlarını cinayətkarlara ötürür. Bu cür dələduzluq sxemləri həm də hüquqi müstəvidə yeni və mürəkkəb problemlərin ortaya çıxmasına səbəb olur. Ekspertlər xəbərdarlıq edirlər ki, rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək artıq hər bir fərd üçün zərurətə çevrilmişdir. Gələcəkdə bu növ kiber-cinayətlərin qarşısını almaq üçün həm qanunvericilik səviyyəsində, həm də texnoloji sahədə daha ciddi qorunma mexanizmlərinin tətbiqinə ehtiyac var.
Mövzunun aktuallığını nəzərə alıb, vətəndaşların bu növ rəqəmsal tələlərdən necə qorunmalı olduğunu araşdırmışıq.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Elnur Məmmədov vətəndaşlara hüquqlarını qorumaq üçün atılmalı olan addımları və prosesin hüquqi tərəflərini maddələrlə izah edib.
Hüquqşünasın sözlərinə görə süni intellekt cinayətdə sadəcə alətdir:
“Hüquqi baxımdan süni intellekt yalnız texniki bir vasitədir. Onun vasitəsilə törədilən dələduzluq əməllərinə saxta səs yazıları, görüntülər, videolar və mesajlar vasitəsilə vətəndaşların aldadılmasına görə birbaşa məsuliyyət həmin texnologiyadan qanunsuz istifadə edən şəxslərin üzərinə düşür”.
O belə bir halla qarşılaşdıqda atılmalı olan əsas addımları diqqətə çatdırıb:
1.Sübutları dərhal qeydə alın. İlk növbədə soyuqqanlı olun. Panikaya düşmədən mövcud sübutları – sizə gələn yazışmaları, telefon nömrələrini, səs və video fayllarını, ekran görüntülərini (screenshot) və internet keçidlərini (linkləri) mütləq saxlayın.
2.Bankı və platformaları məlumatlandırın. Əgər kart məlumatlarınız qarşı tərəfə ötürülübsə və ya ödəniş edilibsə, dərhal aidiyyəti bankla əlaqə saxlayaraq hesablarınızı bloklaşdırın və ödəniş qəbzlərini rəsmi sənəd kimi qoruyun.
3.Hüquq-mühafizə orqanlarına müraciət edin. Topladığınız bütün rəqəmsal və sənədli sübutlarla birlikdə vaxt itirmədən hüquq-mühafizə orqanlarına (polisə və ya prokurorluğa) rəsmi şikayət ərizəsi ilə müraciət edin”.
E. Məmmədov həmçinin, əlavə edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı gələcəkdə rəqəmsal dələduzluqla mübarizənin daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan, kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu sahədə daha təkmil hüquqi tənzimləmələrin qəbul edilməsi qaçılmazdır. Vətəndaşlar hər hansı şübhəli zəng zamanı məlumatı fərqli vasitələrlə yoxlamalıdırlar.
Çimnaz Telmanqızı
11:16 / 10 Noyabr 2026
1
11:04 / 10 Noyabr 2026
41
10:45 / 10 Noyabr 2026
70
10:39 / 10 Noyabr 2026
244
10:32 / 10 Noyabr 2026
78
10:28 / 10 Noyabr 2026
120
10:21 / 10 Noyabr 2026
152
10:17 / 10 Noyabr 2026
100
10:15 / 10 Noyabr 2026
118
10:10 / 10 Noyabr 2026
100
09:50 / 10 Noyabr 2026
333
09:46 / 10 Noyabr 2026
101
09:35 / 10 Noyabr 2026
128
09:26 / 10 Noyabr 2026
175
09:19 / 10 Noyabr 2026
120
08:56 / 10 Noyabr 2026
229
08:46 / 10 Noyabr 2026
308
08:42 / 10 Noyabr 2026
2631
05:37 / 10 Noyabr 2026
164
05:27 / 10 Noyabr 2026
267
04:34 / 10 Noyabr 2026
163
04:12 / 10 Noyabr 2026
220
02:34 / 10 Noyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.