Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib
10 Noyabr 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
677
23.06.2026, 20:05
Günümüzdə ən çox rast gəlinən əmək mübahisələrindən biri də işçilərin öz ərizələri olmadan, işəgötürənlərin təzyiqi və təhdidləri ilə işdən çıxarılması hallarıdır.
Bu cür hallarla qarşılaşan vətəndaşların hüquqi müstəvidə necə qorunmalı olduğu məsələsinə tanınmış vəkil Mir Hüseyn Həbibli Oxu24.com-a verdiyi açıqlamasında aydınlıq gətirib.
“Qanun işçiləri qoruyur”
Vəkil bildirib ki, qanunvericilik hər zaman işçilərin hüquqlarının müdafiəsini ön plana çəkir. İşəgötürənlər tərəfindən tətbiq edilən "Ya ərizəni yaz, ya da səni maddə ilə azad edəcəyik" kimi hədə-qorxular tamamilə əsassızdır:
“İşəgötürənlər də yaxşı bilir ki, qanun işçiləri qoruyur. Əmək Məclləsinin 70-ci maddəsinin "ç" bəndi işçinin hansı hallarda işəgötürən tərəfindən işdən çıxarıla biləcəyini konkret olaraq müəyyən edir. Həmin maddəyə əsasən, işçi yalnız öz əmək funksiyasını yerinə yetirmədikdə və ya kobud əmək pozuntusuna yol verdikdə işdən çıxarıla bilər”.
“Kobud əmək pozuntusunu sübut etmək asan deyil”
Mir Hüseyn Həbiblinin sözlərinə görə, işçini hər hansı maddə ilə işdən kənarlaşdırmaq üçün ciddi hüquqi əsaslar və sübutlar olmalıdır:
“Hətta işçinin əmək intizamını pozduğu iddia edilsə belə, bu əməllər iş yerində digər şəxslərin hüquqlarını və ya işin normal ahəngini mütləq şəkildə pozmalıdır. Lakin təcrübədə işəgötürənin bunu qanuni yollarla sübut etməsi çox çətindir. Məhz bu səbəbdən bəzi rəhbərlər işçiyə təzyiq göstərərək ondan məcburi şəkildə öz xoşu ilə işdənçıxma ərizəsi almağa çalışırlar”.
Hüququnuz pozulubsa nə etməli?
Vəkil bu cür haqsızlıqla və əmək mübahisələri ilə qarşılaşan vətəndaşlara vaxt itirmədən qanuni addımlar atmağı tövsiyə edir:
“Belə hallarda gecikmədən məhkəməyə müraciət etmək və pozulmuş hüquqların bərpasını tələb etmək lazımdır.
Əmək mübahisələrinin müsbət həlli üçün hüquqi dəstək vacibdir”.
Jalə
Həmçinin oxuyun
13:26 / 10 Noyabr 2026
43
13:24 / 10 Noyabr 2026
37
13:20 / 10 Noyabr 2026
55
13:05 / 10 Noyabr 2026
75
13:00 / 10 Noyabr 2026
86
12:37 / 10 Noyabr 2026
173
12:31 / 10 Noyabr 2026
79
12:21 / 10 Noyabr 2026
354
12:18 / 10 Noyabr 2026
93
12:04 / 10 Noyabr 2026
111
12:00 / 10 Noyabr 2026
271
11:45 / 10 Noyabr 2026
1901
11:42 / 10 Noyabr 2026
97
11:39 / 10 Noyabr 2026
118
11:28 / 10 Noyabr 2026
116
11:16 / 10 Noyabr 2026
205
11:04 / 10 Noyabr 2026
118
10:45 / 10 Noyabr 2026
132
10:39 / 10 Noyabr 2026
902
10:32 / 10 Noyabr 2026
115
10:28 / 10 Noyabr 2026
177
10:21 / 10 Noyabr 2026
217
10:17 / 10 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.