Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib
10 Noyabr 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
706
23.06.2026, 17:45
Son illərdə ölkədə tikinti sektorunun sürətli inkişafı, yeni yaşayış binalarının inşası özü ilə bərabər bəzi hüquqi problemləri də gündəmə gətirir. Vətəndaşların ən çox qarşılaşdığı və aldadıldığı məqamlardan biri də MTK-lar tərəfindən satılan mənzillərin sahəsinin düzgün hesablanmamasıdır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Natiq Əliyev tikinti obyektlərinin sahəsi və həcminin hansı qaydada hesablanmalı olduğunu qanunvericiliyin tələbləri ilə izah edib.
Qanun nə deyir?
Vəkil bildirib ki, bu məsələ birbaşa olaraq qanunla tənzimlənir:
“Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Sahəyə nələr daxildir və necə hesablanır?
N.Əliyev qeyd edib ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi hesablanarkən bura otaqların, yerləşgələrin, habelə eyvanların və terrasların sahəsi də daxil edilməlidir. Lakin burada ən kritik məqam divarların sahəsidir:
“Yaşayış binalarında mənzillərin ümumi sahəsi xarici (bayır) və ara divarların yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Bu o deməkdir ki, mənzillərin sahəsi çöldən deyil, məhz içəridən hesablanmalıdır”.
MTK-lar qanunu necə pozur?
Təcrübədə bir sıra hallarda MTK-lar tərəfindən mənzillər satılarkən qanunvericiliyin bu tələbləri kobud şəkildə pozulur. Şirkətlər mənzilin sahəsini içəridən deyil, xarici divarları da daxil etməklə çöldən hesablayırlar. Nəticədə vətəndaşa kağız üzərində daha böyük sahə təqdim olunur və ondan faktiki olaraq mövcud olmayan kvadratmetrlər üçün artıq pul alınır.
Vəkil vətəndaşlara çağırış edərək bu cür hallarla qarşılaşdıqda öz hüquqlarını müdafiə etməyə səsləyib:
“Əgər siz də bu halla qarşılaşmısınızsa, artıq ödədiyiniz sahənin pulunu MTK-dan məhkəmə qaydasında geri ala bilərsiniz”.
Jalə
13:44 / 10 Noyabr 2026
1
13:38 / 10 Noyabr 2026
43
13:26 / 10 Noyabr 2026
146
13:24 / 10 Noyabr 2026
67
13:20 / 10 Noyabr 2026
134
13:05 / 10 Noyabr 2026
101
13:00 / 10 Noyabr 2026
101
12:37 / 10 Noyabr 2026
241
12:31 / 10 Noyabr 2026
97
12:21 / 10 Noyabr 2026
400
12:18 / 10 Noyabr 2026
114
12:04 / 10 Noyabr 2026
116
12:00 / 10 Noyabr 2026
277
11:45 / 10 Noyabr 2026
2060
11:42 / 10 Noyabr 2026
99
11:39 / 10 Noyabr 2026
120
11:28 / 10 Noyabr 2026
118
11:16 / 10 Noyabr 2026
211
11:04 / 10 Noyabr 2026
121
10:45 / 10 Noyabr 2026
135
10:39 / 10 Noyabr 2026
915
10:32 / 10 Noyabr 2026
118
10:28 / 10 Noyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.