Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
643
17.06.2026, 13:06
Son zamanlar vətəndaşlar arasında ən çox rast gəlinən suallardan biri də faizə pul verilməsi və bu zaman yaranan hüquqi mübahisələrlə bağlıdır. Xüsusilə borc götürən şəxsin əsas məbləği qaytarmasına baxmayaraq, faiz hissəsinin tələb olunması və bunun hüquqi nəticələri geniş müzakirə mövzusuna çevrilib.
Oxu24.com xəbər veir ki, hüquqşünasların izahına görə, “sələmçilik” dedikdə gəlir əldə etmək məqsədilə pulun qeyri-rəsmi şəkildə digər şəxsə müəyyən faizlə verilməsi başa düşülür. Azərbaycan Respublikasının qanunvericiliyində bu cür fəaliyyət yalnız xüsusi qaydalar çərçivəsində və lisenziyalaşdırılmış maliyyə qurumları tərəfindən həyata keçirilə bilər. Fiziki şəxslərin sistematik şəkildə faizlə pul verməsi isə qanunla icazə verilmiş fəaliyyət növü hesab olunmur.Qanunvericiliyə əsasən, rəsmi qaydada təsdiqlənməyən və qanuna uyğun olmayan faiz münasibətləri üzrə yaranan mübahisələrdə iddiaların hüquqi qiymətləndirilməsi fərqli qaydada aparılır. Belə hallarda faiz tələbi ilə bağlı yaranan mübahisələr çox vaxt məhkəmə tərəfindən tam şəkildə təmin olunmaya bilər, çünki bu münasibətlərin özü qanuni iqtisadi fəaliyyət kimi tanınmır.
Mütəxəssislər bildirirlər ki, borc götürən şəxs əsas məbləği qaytardığı halda, əlavə faiz tələbi ilə bağlı mübahisə yaranarsa, bu məsələ hüquq-mühafizə orqanlarının deyil, ilk növbədə mülki qaydada məhkəmələrin səlahiyyət dairəsinə aiddir. Lakin burada vacib məqam ondan ibarətdir ki, qanunsuz sələmçilik fəaliyyəti aşkarlanarsa, bu artıq ayrıca hüquqi qiymətləndirmə tələb edir.Cinayət qanunvericiliyinə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti və xüsusilə sistemli şəkildə faizlə pul verilməsi nəticəsində xeyli miqdarda gəlir əldə olunması halları məsuliyyət yarada bilər. Bu zaman məsələ yalnız borc mübahisəsi kimi deyil, daha geniş hüquqi çərçivədə qiymətləndirilir.
Ekspertlər qeyd edirlər ki, borc münasibətlərində ən vacib məqam hər şeyin rəsmi şəkildə sənədləşdirilməsidir. Yazılı müqavilənin olmaması sonradan tərəflər arasında ciddi anlaşılmazlıqlara və sübut problemlərinə gətirib çıxarır. Bu səbəbdən istənilən borc münasibətinin rəsmi qaydada rəsmiləşdirilməsi hər iki tərəfin hüquqlarını qoruyan əsas amildir.Eyni zamanda vurğulanır ki, borc və faizlə bağlı yaranan mübahisələrdə hüquq-mühafizə orqanlarına deyil, birbaşa məhkəməyə müraciət edilməsi daha doğru hüquqi yoldur. Polis orqanları bu tip mülki mübahisələrə yalnız cinayət tərkibi olduğu halda müdaxilə edə bilər.
Nəticə etibarilə, faizə pul verilməsi və bu istiqamətdə yaranan problemlər həm hüquqi, həm də maliyyə baxımından risklidir. Vətəndaşlara tövsiyə olunur ki, bu cür münasibətlərdən uzaq durulsun və bütün maliyyə əməliyyatları qanuni çərçivədə və rəsmi sənədlərlə həyata keçirilsin.
Turan
18:04 / 10 Noyabr 2026
7
18:02 / 10 Noyabr 2026
59
17:54 / 10 Noyabr 2026
46
17:42 / 10 Noyabr 2026
67
17:35 / 10 Noyabr 2026
74
17:16 / 10 Noyabr 2026
268
17:10 / 10 Noyabr 2026
103
17:06 / 10 Noyabr 2026
152
16:55 / 10 Noyabr 2026
477
16:47 / 10 Noyabr 2026
89
16:41 / 10 Noyabr 2026
85
16:35 / 10 Noyabr 2026
142
16:21 / 10 Noyabr 2026
149
16:12 / 10 Noyabr 2026
238
15:58 / 10 Noyabr 2026
125
15:44 / 10 Noyabr 2026
228
15:34 / 10 Noyabr 2026
359
15:31 / 10 Noyabr 2026
103
15:25 / 10 Noyabr 2026
144
15:22 / 10 Noyabr 2026
119
14:58 / 10 Noyabr 2026
3691
14:55 / 10 Noyabr 2026
696
14:48 / 10 Noyabr 2026
645
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.