Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
650
16.03.2026, 10:59
Bəzən xəstələrin tibbi yardım ala bilməməsi müzakirələrə səbəb olur. Xəstəyə tibbi xidmət göstərilmədikdə tibb işçisini hansı məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, qanuna görə tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsi və ya işinə laqeyd yanaşması nəticəsində xəstənin sağlamlığına zərər dəyərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.
"Əgər ehtiyatsızlıqdan xəstənin sağlamlığına az ağır zərər vurularsa, təqsirli şəxs 2 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.
Həmçinin yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq",-deyə vəkil bildirib.
Hazırladı: Miri Məcidli
10:02 / 13 Noyabr 2026
1
09:51 / 13 Noyabr 2026
44
09:46 / 13 Noyabr 2026
242
09:44 / 13 Noyabr 2026
51
09:38 / 13 Noyabr 2026
65
09:34 / 13 Noyabr 2026
95
09:33 / 13 Noyabr 2026
57
09:31 / 13 Noyabr 2026
60
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
793
01:42 / 13 Noyabr 2026
40
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1663
23:51 / 12 Noyabr 2026
213
23:40 / 12 Noyabr 2026
270
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1088
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.