Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
5716492
23.02.2026, 21:11
Müğənni Səidə Sultan ilə prodüser-aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. Hadisə “TikTok” platformasında canlı yayım zamanı baş verib.
Canlı yayımda Xalq artisti Brilliant Dadaşova da iştirak edib. Efirlərdəki problemlər müzakirə olunan zaman tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı təhqiramiz ifadələr işlədiblər.
Bundan sonra qalmaqal sosial şəbəkələrdə davam edib. Hər iki tərəf “Instagram” hesablarında paylaşım edərək bir-birinin ünvanına sərt və nalayiq ifadələr səsləndirib. Tarix Əliyev paylaşımında Səidə Sultanı narkotik istifadəçisi olmaqda ittiham edib. Müğənni isə cavab olaraq bildirib ki, o, bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Sabunçu Tibb Mərkəzində müalicə alıb və qollarındakı izlər tibbi müdaxilə nəticəsində yaranıb.
Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi tanınmış şəxslərin açıq platformalarda təhqirə yol verməsini tənqid edib və onların məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, sosial şəbəkələr və canlı yayımlar açıq platforma hesab olunur və burada səsləndirilən təhqiramiz ifadələr hüquqi məsuliyyət yarada bilər.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən ictimai yerlərdə nalayiq ifadələrin işlədilməsi və vətəndaşlara qarşı hörmətsizlik inzibati xəta hesab olunur. Sosial şəbəkələr də açıq mühit sayıldığı üçün bu hallara hüquqi qiymət verilə bilər.
Əgər tərəflərdən biri digərinin şərəf və ləyaqətini alçaldan ifadələr işlədibsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi (təhqir) tətbiq oluna bilər. Bundan əlavə, həqiqətə uyğun olmayan və şəxsin nüfuzuna zərər vuran məlumat yayılıbsa, 148-ci maddə (böhtan) ilə də iddia qaldırmaq mümkündür.
Vəkil əlavə edib ki, tərəflərdən biri rəsmi şəkildə müraciət edərsə, məsələ araşdırıla və qanunvericiliyə uyğun tədbir görülə bilər.
Hazırda hadisə ilə bağlı rəsmi şikayət edilib-edilmədiyi barədə məlumat yoxdur.
Jalə
21:29 / 13 Noyabr 2026
1
21:24 / 13 Noyabr 2026
23
21:03 / 13 Noyabr 2026
63
20:58 / 13 Noyabr 2026
65
20:50 / 13 Noyabr 2026
656
20:41 / 13 Noyabr 2026
86
20:37 / 13 Noyabr 2026
82
20:35 / 13 Noyabr 2026
55
20:20 / 13 Noyabr 2026
89
20:09 / 13 Noyabr 2026
283
20:06 / 13 Noyabr 2026
82
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
274
19:53 / 13 Noyabr 2026
200
19:41 / 13 Noyabr 2026
115
19:38 / 13 Noyabr 2026
688
19:35 / 13 Noyabr 2026
102
19:30 / 13 Noyabr 2026
346
19:28 / 13 Noyabr 2026
172
19:23 / 13 Noyabr 2026
109
19:05 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
109
18:59 / 13 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.