Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1549
19.02.2026, 22:42
Hərbi xidmətə yararsız olmaq avtomatik əlillik demək deyil – fərq nədədir?
Cəmiyyətdə tez-tez belə bir fikir formalaşır ki, əgər şəxs hərbi xidmətə yararsız hesab olunubsa, deməli ona birbaşa əlillik də düşməlidir. Halbuki bu iki anlayış tamamilə fərqli meyarlarla müəyyən edilir.
Oxu24.com xəbər verir ki, vətəndaşın belində III dərəcə kifoz olması səbəbilə hərbi xidmətə aparılmaması mümkündür. Lakin, hərbi xidmətə yararsızlıq barədə qərar birbaşa olaraq əlillik hüququ yaratmır. Çünki hərbi yararlılıq meyarları ilə əlilliyin təyin olunma meyarları fərqlidir.
Hərbi komissiya şəxsin xidmətə fiziki yararlılığını qiymətləndirir. Əlillik isə orqanizmin funksional pozuntusunun dərəcəsinə, həmin pozuntunun əmək qabiliyyətinə və gündəlik həyat fəaliyyətinə təsirinə görə müəyyən edilir.
Əgər xəstəlik gündəlik həyat fəaliyyətini məhdudlaşdırırsa, daimi ağrılar, hərəkət məhdudiyyəti, əmək qabiliyyətinin itirilməsi kimi hallar varsa, bu zaman müvafiq tibb müəssisəsinə müraciət edilə bilər.
Tibbi sənədlər toplanır, müayinələr aparılır və bundan sonra əlilliyin olub-olmaması barədə ayrıca qərar qəbul edilir.
Qısacası, hərbi xidmətə yararsız olmaq əlillik üçün əsas ola bilər, amma bu, birbaşa hüquq yaratmır. Hər iki məsələ ayrı-ayrı prosedur və qərarlarla müəyyən edilir.
Hazırladı: Jalə
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.