Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
614
13.02.2026, 12:15
2026-cı il fevralın 11-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Azərekspertiza” Birliyi haqqında qəbul edilmiş qərarı qanunsuz hesab edib.
“Azərekspertiza” Birliyindən Oxu24.com-a verilən məlumata görə, məhkəmə qərarı ilə Palatanın rəsmi portalında “Azərekspertiza”nın “fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd edilməsi qanunsuz hesab olunub.
Bundan əlavə, Qiymətləndiricilər Palatasının rəsmi veb-səhifəsində təkzib mətninin dərc edilməsi və “qiymətləndirici təşkilatlar” siyahısına Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyini əlavə etmələri qərara alınıb.
Araşdırma zamanı müəyyən edilib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq Qiymətləndiricilər Palatasının qeyri-kommersiya hüquqi şəxsi kimi qiymətləndirici təşkilatların fəaliyyətinə xitam verməsi, ləğvetməsi və ya tərəfindən digər tədbirlərin tətbiqi qanunla nəzərdə tutulmayıb.
Bildirilib ki, qiymətləndirmə fəaliyyəti sahəsində şəffaflıq və qanun etimadın təməli və bütün sistemin sabitliyinin əsas təminatıdır: “Məhz bu məqsədlər üçün Azərbaycan Qiymətləndiricilər Palatası yaradılıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün biz buna əks prosesin şahidi oluruq. Qanunu qorumalı olan təşkilat özü onu pozmağa başlayıb. 50 ildən çox bu sahədə fəaliyyət göstərən “Azərekspertiza” Birliyi məhkəmə qərarını qanunun aliliyinin və qiymətləndirmə sahəsində hüquqi dəqiqliyin təminatı baxımından əhəmiyyətli hesab edir və gələcəkdə yenidən bu kimi qanun pozuntuları yaşanarsa, hüquqlarının qorunması üçün qanuni vasitələrdən istifadə edəcək”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.