Boşanma zamanı bank hesabındakı pullar bölünürmü?
24 Aprel 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
671
11.02.2026, 16:42
Bəzən vətəndaşlar arasında pul mübahisələrinə rast gəlirik.
"Filankək filankəsə pul atdı" kimi ifadələrə hər birimiz rast gəlmişik.
Bəs,bunun məsuliyyəti nədir?
Oxu24.com-a mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Esmira Rzayeva münasibət bildirib.
Siz birinə borca pul vermisinizsə, həmin şəxsin sizi aldatdığını və ya onun sizə qaytarmalı olduğu borcu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.
Əgər şəxs dələduzluq cinayət əməlini törədərsə, o, Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər şəxsin dələduzluq etdiyi sübuta yetirilməzsə, o, cinayət məsuliyyətinə cəlb edilmir.
Bu halda iş mülki qaydada həll edilməli olduğu üçün “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu qarşı tərəfdən tələb edə bilərsiniz.
Dələduzluq əməli Cinayət Məcəlləsinin 178-ci maddəsində maddəsində öz əksini tapmışdır. Dələduzluq dedikdə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür.
Dələduzluq əməlini törədən şəxs barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Dələduzluq əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda (5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq əməli mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin oxuyun
Dələduzluq əməli xüsusilə külli miqdarda (500000 manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, azadlıqdan məhrum etmənin müddəti 10 ildən 14 ilədək müəyyən olunur.
Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq əməli 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Jalə
11:23 / 27 Aprel 2026
6
11:15 / 27 Aprel 2026
14
11:08 / 27 Aprel 2026
29
11:06 / 27 Aprel 2026
20
11:00 / 27 Aprel 2026
104
10:58 / 27 Aprel 2026
29
10:50 / 27 Aprel 2026
215
10:45 / 27 Aprel 2026
30
10:43 / 27 Aprel 2026
46
10:39 / 27 Aprel 2026
70
10:35 / 27 Aprel 2026
62
10:22 / 27 Aprel 2026
824
10:20 / 27 Aprel 2026
50
10:06 / 27 Aprel 2026
42
10:04 / 27 Aprel 2026
53
09:33 / 27 Aprel 2026
63
09:31 / 27 Aprel 2026
48
09:22 / 27 Aprel 2026
60
09:21 / 27 Aprel 2026
54
00:46 / 27 Aprel 2026
275
00:06 / 27 Aprel 2026
147
23:47 / 26 Aprel 2026
280
23:30 / 26 Aprel 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.