Boşanma zamanı avtomobil bölünürmü? – Hüquqi izah
13 Aprel 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
918
09.02.2026, 23:03
Cəmiyyətdə sosial həssas qrupların müdafiəsi məsələsi hər zaman aktualdır. Xüsusilə tək ana olan, kirayə şəraitində yaşayan və yeni doğulmuş uşağı olan qadınların sosial təminatla bağlı müraciətləri diqqət mərkəzindədir. Belə hallarda əsas sual ondan ibarət olur ki, vətəndaşın ünvanlı sosial yardım almaq hüququ varmı və bu hüquq hansı prosedurla reallaşır?
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, maddi cəhətdən çətin vəziyyətdə olan, aztəminatlı və həssas əhali qrupuna aid edilən şəxslərin ünvanlı sosial yardım almaq hüququ mövcuddur. Tək ana olmaq, kirayədə yaşamaq və azyaşlı uşağın olması bu hüququn yaranması üçün əsas yaradan hallardan sayılır, lakin bu, avtomatik xarakter daşımır.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün birinci və əsas şərt vətəndaşın həssas sosial təbəqəyə aid olduğunu rəsmi sənədlərlə sübut etməsidir.
Buraya işsizliyini təsdiq edən arayış, ailənin gəlir mənbələri, yaşayış şəraiti və digər sosial göstəricilər daxildir. Vətəndaş bu məqsədlə VEMTAS (Vahid Elektron Müraciət və Təhlil Sistemi) vasitəsilə Dövlət Sosial Xidmətlərinə müraciət etməlidir.
VEMTAS sisteminə müvafiq sənədlər yükləndikdən sonra səlahiyyətli qurumun mütəxəssisləri tərəfindən vətəndaşın yaşayış yerində sosial müayinə aparılır. Müayinə zamanı ailənin faktiki maddi durumu, sosial vəziyyəti və müraciətdə göstərilən məlumatların reallığa uyğunluğu qiymətləndirilir.
Həmçinin oxuyun
Əgər aparılan müayinə nəticəsində vətəndaşın həqiqətən tək ana olduğu, maddi vəziyyətinin ağır olduğu və gəlirinin minimum yaşayış həddindən aşağı olduğu təsdiqlənərsə, ona ünvanlı sosial yardım təyin oluna bilər.
Beləliklə, tək ana olduğunu bildirən və kirayə şəraitində yaşayan vətəndaş üçün sosial yardım mümkündür, lakin bu hüquq yalnız qanunla müəyyən edilmiş prosedurlar və obyektiv sosial müayinə nəticəsində rəsmiləşdirilir.
Hazırladı: Şahbaz
13:28 / 15 Aprel 2026
1
13:20 / 15 Aprel 2026
19
13:08 / 15 Aprel 2026
27
12:59 / 15 Aprel 2026
345
12:46 / 15 Aprel 2026
149
12:39 / 15 Aprel 2026
51
12:23 / 15 Aprel 2026
389
12:12 / 15 Aprel 2026
166
12:10 / 15 Aprel 2026
45
12:05 / 15 Aprel 2026
152
12:03 / 15 Aprel 2026
92
11:57 / 15 Aprel 2026
53
11:48 / 15 Aprel 2026
47
11:44 / 15 Aprel 2026
46
11:33 / 15 Aprel 2026
142
11:30 / 15 Aprel 2026
53
11:23 / 15 Aprel 2026
54
11:13 / 15 Aprel 2026
948
11:09 / 15 Aprel 2026
56
11:07 / 15 Aprel 2026
62
11:05 / 15 Aprel 2026
124
10:53 / 15 Aprel 2026
216
10:43 / 15 Aprel 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.