Bu halda da aliment alına bilər — Hüquqşünas AÇIQLADI
05 May 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
868
09.02.2026, 22:57
Cəmiyyətdə müzakirə doğuran məsələlərdən biri də görmə məhdudiyyəti olan şəxslərin sürücülük vəsiqəsi alıb-almaması ilə bağlıdır. Xüsusilə, üçüncü qrup gözdən əlilliyi olan şəxslərin avtomobil idarə etməsi təhlükəsizlik baxımından ciddi suallar yaradır. Mövzu təkcə fərdi bacarıqla deyil, ictimai məsuliyyət və hüquqi mexanizmlərlə bağlıdır.
Oxu24.com xəbər verir ki, məsələyə hüquqi prizmadan yanaşdıqda ortaya maraqlı bir boşluq çıxır.
Sürücülük vəsiqəsinin verilməsi qaydalarında görmə məhdudiyyəti və ya gözdən əlilliklə bağlı konkret, açıq qadağa göstərilmir.
Bu isə praktikada ziddiyyətli hallara yol açır.
Tutaq ki, şəxs üçüncü qrup gözdən əlildir, lakin özünü “yaxşı sürücü” hesab edir. Bu fakt onun avtomobil idarə etməyə hüquqi və təhlükəsizlik baxımından tam yararlı olduğu anlamına gəlirmi?
Unutmaq olmaz ki, sürücülük hüququ şəxsi məsələ olmaqdan daha çox ictimai təhlükəsizlik məsələsidir. Sürücü bu gün qəza törədərsə, sabah kiminsə sağlamlığına və ya həyatına zərər vurarsa, məsuliyyət yalnız sürücünün üzərində qalırmı? Yoxsa ona bu hüququ verən qurum da cavabdehlik daşıyır?
Həmçinin oxuyun
Bu nöqtədə əsas səlahiyyət Dövlət Yol Polisi nəzdində fəaliyyət göstərən müvafiq tibbi komissiyaya aiddir.
Komissiya şəxsin sağlamlıq vəziyyətini qiymətləndirərək sürücülük üçün yararlılıq barədə rəy verir. Lakin əgər qanunvericilikdə açıq şəkildə göstərilməyən bir halda – yəni görmə məhdudiyyəti olan şəxsə – sürücülük hüququ verilirsə və sonradan bu, ağır nəticələrə səbəb olursa, məsuliyyət məsələsi qaçılmaz olaraq gündəmə gəlir.
Hüquqi baxımdan belə hallarda əsas məsuliyyət sürücülük hüququnu verən tərəfin – müvafiq komissiya və icazə verən qurumun üzərinə düşür. Çünki qərar subyektiv yanaşma ilə deyil, dəqiq normativ tələblər və ictimai təhlükəsizlik prinsipləri əsasında verilməlidir.
Nəticə etibarilə, üçüncü qrup gözdən əlilliyi olan şəxslərə sürücülük vəsiqəsinin verilməsi məsələsi qanunvericilikdə daha dəqiq və sərt şəkildə tənzimlənməli, subyektiv qərarlara yol verilməməlidir. Əks halda, mümkün fəsadların məsuliyyəti yalnız sükan arxasında olan şəxsin deyil, ona bu hüququ tanıyan qurumların da üzərində qalacaq.
Hazırladı: Jalə
00:21 / 06 May 2026
16
23:52 / 05 May 2026
36
23:34 / 05 May 2026
48
23:27 / 05 May 2026
38
23:24 / 05 May 2026
42
23:20 / 05 May 2026
34
23:12 / 05 May 2026
49
23:03 / 05 May 2026
87
22:58 / 05 May 2026
46
22:51 / 05 May 2026
43
22:48 / 05 May 2026
48
22:42 / 05 May 2026
48
22:37 / 05 May 2026
71
22:29 / 05 May 2026
416
22:27 / 05 May 2026
245
22:23 / 05 May 2026
219
22:20 / 05 May 2026
196
22:18 / 05 May 2026
54
22:04 / 05 May 2026
1001
21:59 / 05 May 2026
75
21:41 / 05 May 2026
66
21:39 / 05 May 2026
67
21:30 / 05 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.