Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah
08 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
856
06.02.2026, 14:03
Ailə münasibətlərinin gərginləşdiyi, xüsusilə də boşanma ərəfəsində olan hallarda daşınmaz əmlakla bağlı məsələlər tez-tez hüquqi mübahisələrə səbəb olur.
Qayınana–gəlin münasibətləri fonunda evin satışı məsələsi isə cəmiyyətdə ən çox sual doğuran mövzulardandır.
Bir çox hallarda tərəflər qanunla formalaşmış praktik anlayışları qarışdırır və nəticədə hüquqi baxımdan çıxılmaz vəziyyət yaranır.
Oxu24.com xəbər verir ki, qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan şəxsin razılığı və ya imzası tələb olunmur. Yəni, gəlin həmin evdə qeydiyyatda olsa belə, bu fakt evin satışı üçün hüquqi maneə sayılmır.
Lakin praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Formalaşmış təcrübəyə əsasən, notariat orqanları və alıcı tərəf riskləri minimuma endirmək üçün qeydiyyatda olan şəxsin – bu halda gəlinin – razılığını və ya imzasını tələb edə bilirlər. Bu isə artıq hüquqi tələbdən daha çox ehtiyat tədbiri kimi qiymətləndirilir.
Məhz bu səbəbdən qayınana müəyyən çətinliklə üzləşə bilər. Belə hallarda ən çox istifadə olunan yol məhkəmə qaydasında gəlinin qeydiyyatdan çıxarılmasıdır. Yalnız bundan sonra evin satışı prosesi daha rahat və maneəsiz həyata keçirilə bilər.
Həmçinin oxuyun
Hüquqşünaslar bildirir ki, burada məsələ tərəf saxlamaq yox, qanunun tələblərini düzgün izah etməkdir.
Qanun açıq şəkildə qeyd edir ki, qeydiyyatda olan şəxsin imzası satış üçün şərt deyil. Bunu hüquq sahəsində çalışanlar, o cümlədən vəkil həmkarlar da yaxşı bilirlər. Sadəcə olaraq, mövcud praktika və bazar münasibətləri bu məsələdə əlavə razılaşmaların yaranmasına səbəb olur.
Nəticə etibarilə, bu tip mübahisələrdə emosiyalara deyil, qanunun tələblərinə və hüquqi mexanizmlərə əsaslanmaq daha məqsədəuyğundur. Əks halda ailədaxili problem hüquqi müstəviyə daşınaraq daha mürəkkəb və uzunmüddətli prosesə çevrilə bilər.
Hazırladı: Miri Məcidli
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.