Ali Məhkəmə yeni qərar qəbul edib
27 Aprel 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
6756
02.02.2026, 22:05
Torpağın “kupça”sı (çıxarış) var, evin isə çıxarışı yoxdur. Vətəndaş çıxarış almaq üçün hara və necə müraciət etsin? Bunun dövlət rüsumu nə qədərdir?Belə halda vətəndaş evinə çıxarış ala bilərmi?
Mövzu ilə bağı Oxu24.com saytının suallarını hüquqşünas Rafiq Quliyev cavablandırıb.
Vəkilin sözlərinə görə, 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair sənədlər rəsmi çıxarış almaq hüququ verir.
"Məlum dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradır.Şəxsin torpaq sahəsinə xüsusi mülkiyyətə dair çıxarışı varsa, onun üzərində hər hansı tikinti işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidir və bundan sonra tikinti işləri apara bilər. (İcra hakimiyyəti orqanları dedikdə şəhərsalma və arxitektura komitəsi nəzərdə tutulur – Red Oxu24.com)
Bunun üçün torpağa dair çıxarışın surəti, ərizə verilməlidir, həmin orqan tikintiyə dair razılıq və tikinti layihə smeta sənədləri hazırlayıb verir. Yəni, icra hakimiyyəti 10 iş günü ərzində buna cavab verməlidir. Əgər bu müddətdə cavab verilməzsə, vətəndaş layihə təsdiqləndiyi halda tikintiyə başlamağa hüquq verir və bundan sonra tikinti qanunla nəzərdə tutulan qaydada aparılır.
Mütləq tikinti qaz, elektrik, su və digər kommunikasiyaların üzərində olmamalıdır. Əgər ev yüksək gərginlikli ekektrik xətti altında, qaz kəməri, su xətti üzərində deyilsə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ərizə ilə müraciət edib çıxarış ala bilərsiniz.
Əsas odur ki, layihə tikinti normalarına uyğun şəkildə hazırlanmış olsun.
Əgər torpağın kateqoriyası uyğundursa, və ya kommunikasiya xətləri üzərində yerləşmirsə, bu halda yaşayış evi tikintisinə icazə verilir. Bu halda vətəndaş evi tikib bitirdikdən sonra, qanuni qaydada rüsumları ödəyərək evinə çıxarış ala bilər.”
Həmçinin oxuyun
Vəkil R. Quliyev onu da bildirib ki, bu prosesdə rüsumun ödənilməsi də vacibdir.
"Şəhərsalma və Tikinti Məcəlləsinə görə, torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı, icazə yox, məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bir sözlə, rüsum evin ölçüsünə görə müəyyən edilir”- deyə vəkil Rafiq Quliyev vurğulayıb.
Əntiqə Rəşid
19:35 / 27 Aprel 2026
19
19:26 / 27 Aprel 2026
29
19:15 / 27 Aprel 2026
111
18:54 / 27 Aprel 2026
46
18:37 / 27 Aprel 2026
128
18:20 / 27 Aprel 2026
59
18:15 / 27 Aprel 2026
204
17:55 / 27 Aprel 2026
63
17:40 / 27 Aprel 2026
221
17:15 / 27 Aprel 2026
60
17:13 / 27 Aprel 2026
56
16:50 / 27 Aprel 2026
59
16:36 / 27 Aprel 2026
75
16:32 / 27 Aprel 2026
572
16:21 / 27 Aprel 2026
67
16:09 / 27 Aprel 2026
980
16:04 / 27 Aprel 2026
145
16:01 / 27 Aprel 2026
69
15:54 / 27 Aprel 2026
117
15:52 / 27 Aprel 2026
78
15:47 / 27 Aprel 2026
89
15:17 / 27 Aprel 2026
94
15:11 / 27 Aprel 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.