Azərbaycan Ordusunda texniki təminat güclənir: Yeni müəssisələr hansı imkanları yaradacaq?
03 Noyabr 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
318
18.09.2026, 19:05
Müasir dövrdə qlobal və regional miqyasda baş verən hərbi qarşıdurmalar nəqliyyat dəhlizlərinin təhlükəsizliyi məsələsini hər zamankindən daha aktual və prioritet mövzuya çevirib. Azərbaycanın malik olduğu əlverişli geostrateji mövqe və həyata keçirdiyi irimiqyaslı tranzit layihələri ölkəmizi bu sahədə strateji mərkəzlərdən birinə çevirir. Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də məhz bu qlobal və regional təhdidlərə diqqət çəkib. DTX rəisi hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini, həmçinin vətəndaşların muzdlu döyüşçü kimi münaqişələrə cəlb olunmasının və silah-sursat qaçaqmalçılığının ciddi risk yaratdığını vurğulayıb. Mümkün hərbi eskalasiya zamanı həmin strateji yollar birbaşa zərbələr, diversiya cəhdləri, terror təhdidləri və kiberhücumlar kimi çoxşaxəli təhlükələrlə üzləşə bilər. Bu cür mürəkkəb risklərin qarşısının alınması məqsədilə kəşfiyyat, sərhəd təhlükəsizliyi və kritik infrastrukturun mühafizəsinin vahid sistem çərçivəsində gücləndirilməsi həyati əhəmiyyət daşıyır. Eyni zamanda, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsinin təmin edilməsi vacibdir.
Məsələ ilə bağlı Oxu24.com-a danışan hərbi ekspert Elxan Şıxəliyev mövzunu ətraflı şərh edib.
Açıqlamasında müasir hərbi qarşıdurmaların fonunda nəqliyyat dəhlizlərinin artıq sadəcə iqtisadi layihələr deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu qeyd edən ekspert bildirib ki, Azərbaycan bu sahədə yarana biləcək təhdidləri əvvəlcədən hesablamalıdır:
"Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi təkcə fiziki qorunma ilə bitmir. Burada həm də kiberəməliyyatlar, hibrid təhdidlər və qaçaqmalçılıq kimi amillər kompleks şəkildə nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, hərbi eskalasiya dövründə tranzit qovşaqları və logistik mərkəzlər birbaşa təxribat hədəfinə çevrilə bilər.
Elxan Şıxəliyev vurğulayıb ki, vətəndaşların qeyri-qanuni birləşmələrə cəlb olunması və silah-sursat daşınması regional sabitliyə real təhlükə yaradır.
Nəqliyyat idarəetmə sistemlərinə yönəlmiş kiberhücumlar logistik zənciri tamamilə iflic də edə bilər.
Ekspert qeyd edib ki, bu risklərin neytrallaşdırılması üçün ölkədaxili qurumlar arasında sıx əməkdaşlıq gücləndirilməlidir:
“Kəşfiyyat, sərhəd mühafizəsi və kritik infrastrukturun qorunması mərkəzləşdirilmiş şəkildə idarə olunmalıdır. Pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə müşahidə imkanlarının maksimum səviyyəyə çatdırılması və kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi vacibdir.
Xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gömrük strukturları arasında operativ məlumat mübadiləsi təhdidlərin erkən aşkarlanmasını təmin edəcək”.
Sonda Elxan Şıxəliyev əlavə edib ki, nəqliyyat dəhlizlərinin dayanıqlılığı yalnız hərbi güclə deyil, həm də diplomatik, hüquqi, texnoloji və iqtisadi mexanizmlərin uğurlu uzlaşdırılması ilə qoruna bilər.
Çimnaz Telmanqızı
21:27 / 03 Noyabr 2026
8
21:24 / 03 Noyabr 2026
13
21:18 / 03 Noyabr 2026
31
21:10 / 03 Noyabr 2026
95
21:08 / 03 Noyabr 2026
56
21:04 / 03 Noyabr 2026
54
21:02 / 03 Noyabr 2026
46
20:51 / 03 Noyabr 2026
84
20:49 / 03 Noyabr 2026
55
20:42 / 03 Noyabr 2026
56
20:39 / 03 Noyabr 2026
49
20:31 / 03 Noyabr 2026
79
20:28 / 03 Noyabr 2026
3211
20:27 / 03 Noyabr 2026
146
20:20 / 03 Noyabr 2026
137
20:19 / 03 Noyabr 2026
89
20:09 / 03 Noyabr 2026
78
20:00 / 03 Noyabr 2026
88
19:49 / 03 Noyabr 2026
577
19:39 / 03 Noyabr 2026
104
19:39 / 03 Noyabr 2026
104
19:32 / 03 Noyabr 2026
659
19:29 / 03 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.