Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
909
01.07.2026, 12:54
Dünyanın nüfuzlu araşdırma mərkəzləri hər il ölkələrin hərbi güc reytinqini tərtib edir. ABŞ-ın "Global Firepower" (GFP) analitik qrupu tərəfindən 60-dan çox meyar əsasında hazırlanan builki "Güc İndeksi"ndə (Power Index) qardaş Türkiyə yenə ilk onluqda qərarlaşıb. Azərbaycan isə 2026-cı il üzrə Cənubi Qafqazda liderliyini qoruyaraq ilk 60 ölkə arasında yer alıb.44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Silahlı Qüvvələrimizin bu mövqedə qərarlaşması müsbət hal hesab olunsa da, qarşıda ordunun daha da gücləndirilməsi üçün mühüm vəzifələr dayanır.
Bəs Azərbaycanın gələcək illərdə reytinqdə daha yüksək pillələrə qalxması üçün hansı istiqamətlərdə inkişaf vacibdir? Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Oxu24.com-a açıqlama verib.
Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycan son illərdə davamlı olaraq yeni silah-sursat alır, hərbi hissələri modernləşdirir və xüsusilə "Komando" hərbi hissələrinin, xüsusi təyinatlıların sayını artırır. Ekspertin sözlərinə görə, sovet dövründən qalma bəzi hərbi hissə və birləşmələr artıq tarixin yaddaşına köçür və onlar yeni tələblərə uyğun yenidən formalaşdırılır. Reytinqdə daha da irəliləmək üçün bu proseslər sürətləndirilməlidir.
Hərbi ekspert vurğulayıb ki, ordunun gücü təkcə texnika ilə ölçülmür:“Bu, təkcə döyüş hazırlığı ilə bağlı deyil. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, o cümlədən silah-sursatın müasir qlobal tələblərə cavab vermə məsələləri burada mühüm rol oynayır. Bir sözlə, beynəlxalq araşdırma mərkəzlərinin reytinqdə ölkəmizə daha yüksək yer verməsi üçün Azərbaycan bu nüansların hər birini tam yerinə yetirməlidir".
Azərbaycanın hərbi sahədə bir sıra üstünlüklərə malik olduğunu deyən Ü. Cəfərov, həm yerli Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətini, həm də tərəfdaş ölkələrlə müştərək layihələri qeyd edib. Ölkəmiz həm daxili imkanlar, həm də müttəfiqlərlə ikitərəfli və çoxtərəfli münasibətlər hesabına ordunu ən yeni avadanlıqlarla təmin edir.Son vaxtlar Azərbaycanın həm Avropa, həm də Orta Asiya respublikaları ilə "güclü ordu modeli" yaratmaq istiqamətində işləri sürətlənib.
“Nöqsanlar hər yerdə var, hədəf isə daimi hazırlıqdır”
Ekspert bildirib ki, dünyanın ən aparıcı ordularında — ABŞ, Fransa, İngiltərə, Türkiyə və Pakistanda belə müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur. Lakin əsas hədəf qlobal və regional proseslərin fonunda Silahlı Qüvvələrimizi hər an döyüşə hazır vəziyyətdə saxlamaqdır. Azərbaycan həm quruda, həm də suda baş verə biləcək bütün təhdidlərin qarşısını almaq üçün hərbi potensialını daim təkmilləşdirməlidir.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.