SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər...
01 May 2026, 13:39
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
76
01.05.2026, 11:52
2026-cı ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.
Oxu24.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplanışın başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.
Həmçinin oxuyun
15:17 / 01 May 2026
4
15:15 / 01 May 2026
13
15:08 / 01 May 2026
32
15:05 / 01 May 2026
24
15:04 / 01 May 2026
36
15:01 / 01 May 2026
22
14:57 / 01 May 2026
24
14:47 / 01 May 2026
79
14:33 / 01 May 2026
397
14:30 / 01 May 2026
171
14:06 / 01 May 2026
435
14:04 / 01 May 2026
88
14:01 / 01 May 2026
60
13:59 / 01 May 2026
64
13:51 / 01 May 2026
50
13:47 / 01 May 2026
51
13:39 / 01 May 2026
71
13:39 / 01 May 2026
468
13:37 / 01 May 2026
97
13:35 / 01 May 2026
83
13:32 / 01 May 2026
58
13:29 / 01 May 2026
58
13:28 / 01 May 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.