Rusiyaya gedənlərə XƏBƏRDARLIQ
29 Noyabr 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
422
17.12.2023, 22:39
Göyərçindən virusa yoluxma iki yaşlı qızın ölümünə səbəb olub.
Oxu24.com xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
İki yaşlı qız uşağı qızdırma, ürəkbulanma və qusma ilə Avstraliyada Prince of Wales xəstəxanasına yerləşdirilib.
Altı həftə əvvəl o, leykemiya üçün ikinci kimyaterapiya kursunu tamamlamışdı.
Xəstənin vəziyyəti pisləşdi və bir sıra epileptik tutmalar keçirdi. Həkimlər qızın bütün dünyada vəhşi və ev quşları arasında yayılmış virusun yaratdığı Nyukasl xəstəliyinə tutulduğunu aşkar ediblər.
Testlər göstərdi ki, onun bədənindəki virus əvvəllər göyərçinlərdə tapılan variantlara bənzəyir.
Həkimlər onun quş nəcisinə toxunaraq yoluxmuş ola biləcəyinə şübhələnirlər.
Virus əleyhinə dərmanlar, antibiotiklər və antikonvulsanlar qızın sağalmasına kömək etməyib.
O, virusun yaratdığı ensefalit səbəbindən xəstəxanaya yerləşdirildikdən təxminən bir ay sonra vəfat edib.
Nyukasl xəstəliyi ilk dəfə 1926-cı ildə aşkar edildiyi şəhərin adını daşıyır.
Adətən insanlarda xəstəlik konjonktivitə gətirib çıxarır və tez keçir.
Quşlarda APMV-1 virusu müxtəlif ölümcül nevroloji simptomlara səbəb olur.
Müəllif: Nigar
10:25 / 29 Noyabr 2026
40
10:24 / 29 Noyabr 2026
37
10:00 / 29 Noyabr 2026
144
09:58 / 29 Noyabr 2026
78
09:54 / 29 Noyabr 2026
74
09:15 / 29 Noyabr 2026
111
01:31 / 29 Noyabr 2026
213
01:22 / 29 Noyabr 2026
206
00:11 / 29 Noyabr 2026
274
23:56 / 28 Noyabr 2026
556
23:47 / 28 Noyabr 2026
219
23:36 / 28 Noyabr 2026
872
23:13 / 28 Noyabr 2026
235
22:57 / 28 Noyabr 2026
240
22:29 / 28 Noyabr 2026
251
22:11 / 28 Noyabr 2026
242
22:01 / 28 Noyabr 2026
222
21:50 / 28 Noyabr 2026
244
21:34 / 28 Noyabr 2026
224
21:22 / 28 Noyabr 2026
255
20:57 / 28 Noyabr 2026
330
20:40 / 28 Noyabr 2026
247
20:24 / 28 Noyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.