İranda dolların məzənnəsi rekord həddə çatdı
29 Noyabr 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
359
19.11.2023, 22:51
Bazar günü, noyabrın 19-da İraq, Somali, Suriya və digər ölkələrdən 16 sığınacaq axtaran şəxs Vartius keçid məntəqəsindən Rusiyadan Finlandiyaya keçib.
Oxu24.com xəbər verir ki,bu barədə Kainuu sərhəd dəstəsi X sosial şəbəkəsində məlumat verib.
“Bu gün Vartius sərhəd-keçid məntəqəsinin açılış saatlarında 16 nəfər sığınacaq üçün müraciət edib”, - deyə məlumatda bildirilir.
Rusiya Federasiyası ilə sərhəddə bazar günü axşama qədər açıq olan yeganə Finlandiyanın "Vartius" sərhəd-keçid məntəqəsi planlaşdırıldığı kimi saat 18:00-da bağlanıb.
Noyabrın 18-də Finlandiya Sərhəd Mühafizəsinin həddindən artıq sıxlıq səbəbindən onu müvəqqəti bağlaması ilə Vartius keçid məntəqəsində vəziyyət daha da mürəkkəbləşib. Bağlanmaya səbəb bir gündə 67 sığınacaq axtaran şəxsin gəlişindən sonra həddindən artıq yüklənmə olub.
Bundan əvvəl Finlandiya hökuməti vəziyyətin dəyişəcəyi təqdirdə ölkənin Nazirlər Kabinetinin Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanması ilə bağlı qərarlarını ləğv edə biləcəyini bildirmişdi.
Bundan əvvəl Finlandiya hökuməti noyabrın 18-dən Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü bağlamaq qərarına gəlib.
Nazirlər Kabineti açıqlayıb ki, qadağa üç ay müddətinə - 2024-cü il fevralın 18-dək tətbiq edilir.
Finlandiya prezidenti bundan əvvəl Rusiya ilə sərhəddə çətinliklərin olacağını proqnozlaşdırmışdı.
Müəllif:Afət
19:27 / 29 Noyabr 2026
1
19:13 / 29 Noyabr 2026
59
19:01 / 29 Noyabr 2026
72
18:58 / 29 Noyabr 2026
164
18:45 / 29 Noyabr 2026
87
18:29 / 29 Noyabr 2026
87
18:15 / 29 Noyabr 2026
117
15:24 / 29 Noyabr 2026
166
12:43 / 29 Noyabr 2026
384
12:03 / 29 Noyabr 2026
173
12:00 / 29 Noyabr 2026
204
11:33 / 29 Noyabr 2026
190
10:55 / 29 Noyabr 2026
208
10:25 / 29 Noyabr 2026
360
10:24 / 29 Noyabr 2026
753
10:00 / 29 Noyabr 2026
420
09:58 / 29 Noyabr 2026
209
09:54 / 29 Noyabr 2026
253
09:15 / 29 Noyabr 2026
208
01:31 / 29 Noyabr 2026
352
01:22 / 29 Noyabr 2026
325
00:11 / 29 Noyabr 2026
435
23:56 / 28 Noyabr 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.