Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda siyasi məhbus aclıqdan ölüb

2019-01/1548618054_725171.jpg

DÜNYA

864

27.01.2019, 23:40

\"\" \"Erməni Qartalları: Vahid Ermənistan\" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb.
Oxu24.com bildirir ki, 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi \"Nubarasen\" həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib. Qeyd edək ki, M.Yegiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.