Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3232
21.12.2025, 00:46
Bu gün yerli mediada Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini ağır söyüşlərlə təhqir etməsi barədə məlumat yayılıb.
Hadisə ötən gün kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə “Xilasedici” komandaları arasında keçirilən görüşdə baş verib.
Hadisə şahidlərinin Oxu24.com-a verdiyi məlumata görə,Füzuli Musayev ünvansız olaraq "var-yox" söyüşləri söyüb.
Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.
Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə “Xilasedici”yə texniki məğlubiyyət verib.
Yayılan xəbərlərlə bağlı Müsavat.com-a danışan Füzuli Musayev heç kimə söyüş söymədiyini deyib.
Bəs,Füzuli Musayev kimdir?
Füzuli İsa oğlu Musayev 1 fevral 1962-ci ildə Gəncə şəhərində anadan olub.
O, 1979-cu ildə orta məktəbi bitirib, 1980-1982-ci illərdə Rusiyanın Arxengelsk vilayətinin Mirnıy şəhərində hərbi qulluq edib.
Əsgərliyi dövründə idmana böyük marağı olan Füzuli Musayev idmanda ilk addımlarını atmağa başlayıb.
Əsgərliyini bitirdikdən sonra 1983-cü ildən 1986-cı ilə qədər Bakı şəhərində “Lenin” adına maşınqayırma zavodunda müxtəlif sahələrdə çalışıb.
Çalışdığı müddətdə Füzuli Musayev 1983-cü ildə Burovestinq cəmiyyətində Azad Kazımovun rəhbərliyi altında karate idman növü ilə məşğul olub.
1986-cı ildən Gəncə polis orqanına daxil olub, 1989-cu ildə Azərbaycan Texnologiya Universitetinin Əmtəəşünaslıq fakültəsində 3-cü kursa qədər qiyabi təhsil alıb, 1992-1997-ci illər ərzində isə Polis Akademiyasında təhsilini davam etdirib.
Dəfələrlə Azərbaycan çempionu adına ıayiq görülmüş, 1990-cı ildə Rusiyanın Perm şəhərində güc strukturları arasında keçirilən əlbəyaxa döyüş növü üzrə SSRİ çempionatında gümüş medala, 1991-ci ildə Rusiyanın Nijnıy-Novqorod şəhərində keçirilən güc strukturları arasında əlbəyaxa döyüş növü üzrə SSRİ çempionatında isə çempion olaraq qızıl medalla təltif olunmuşdur.
1991-ci ildə əlbəyaxa döyüş növü üzrə SSRİ idman ustası adına layiq görülmüş və həmin ildə Yuqoslaviyada klublararası Avropa çempionatında şəxsi hesabda bürünc medal, komanda hesabında ikinci yerin sahibi olmuşdur.
1992-ci ildə Yuqoslaviyanın Qornıy-Milanovaç şəhərində Fudokan karate üzrə Avropa çempionatında şəxsi hesabda 2-ci yer, komanda hesabında isə Avropa çempionu olmuşdur.
1994-cü ildə Yaponiyanın Yokohama şəhərində keçirilən şotokan karate-do üzrə dünya çemionatında komanda üzrə gümüş medal qazanıb.
1995-ci ildə Meksikanın Mexiko şəhərində keçirilən şotokan karate-do üzrə Dünya çempionatında şəxsi hesabda Dünya çempionu, komanda hesabında isə 2-ci yerə layiq görülmüşdür.
1997-ci ildə Avstraliyanın Qold-Kost şəhərində keçirilən Kosiki kontakt karate üzrə dünya çempionatında 2-ci dəfə Dünya çempionu adına layiq görülmüşdür. Bu yarışda Füzuli Musayev yüksək texnikalı döyüşçü seçildiyindən fəxri kubokla təltif edilmişdir.
Füzuli Musayev taekvondo üzrə 6-cı dan qara kəmərin sahibidir. O, 2005-ci ildən 2012-ci ilə qədər Avropa Taekvondo Fedrasiyasının vitse-prezidenti, 2009-cu ildə Dünya Taekvondo Federasiyasının idarə heyətinin üzvü seçilmiş,] 2010-2012-ci illərdə isə Azərbaycan Taekvondo Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsində çalışmışdır.
Dəfələrlə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olmuş, dünya və Avropa çempionu adına layiq görülmüşdür.
Əlbəyaxa döyüş növü üzrə SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi və idman ustası, 2005-ci ildə Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə 2015-ci ildə fəxri diplomu və 2021-ci ildə isə tərəqqi medalı ilə təltif edilmişdir.
Azərbaycanda ilk Budokan Şərq döyüş növləri mərkəzinin yaradıcısıdır. İdman sahəsində sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə “Qızıl buta” Milli mükafatına və fəxri diplomuna layiq görülmüşdür.
Füzuli Musayev karate üzrə 8-ci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir. O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi, polkovnik vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
O,həmçinin müğənni Ayan Babakişiyeva ilə də bir müddət münasibətdə olub.Bu,münasibətdən onların Selena adlı qız övladı da var.Füzuli Musayev özü bu münasibəti həyatının ən böyük səhvi adlandırıb.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.